12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Kamran Quliyev: "Honda çempionluğa gedən yolda bizə dəstək olacaq"

"Honda "Neftçi" haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir. Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev yeni transfer Keysuke Hondanın imzalanma mərasimindən sonra deyib.

"İnanmaq istəyirik ki, onun gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək. Çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər. Ona görə Hondaya uğurlar arzulayıram. Onun simasında gələcəkdə bir çox məşhur futbolçuların “Neftçi”nin şərəfini qorumasını istərdik. Hazırda çempionatda liderik. Honda çempionluğa gedən yolda bizə dəstək olacaq. Ayağı düşərli olsun. Mövsümün son 8 oyununda komandamıza kömək etsə, çempion olsaq, yayda oturub yeni müqavilə ilə bağlı danışmaq olar" - deyə o bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30