Ölkə futbolu
“Neftçi”nin hücumçusu ermənilər haqda: “İnsana qarşı bu qədər qəddarlıq olmaz”
"Neftçi"nin türk əsilli bolqarıstanlı hücumçusu Əhməd Əhmədovun müsahibəsi
- Artıq bir aya yaxındır Bakıdasınız. Yeni ölkə, yeni komanda: təəssüratlarınız necədir?
- Azərbaycanı çox sevdim. İnsanlar çox mehriban və istiqanlıdırlar, məni komandada yaxşı qarşıladılar. Ölkəyə uyğunlaşmağa başlamışam, hər şey normaldır. Hazırda əsas fikrim məşqlərdə və oyunlardadır. Hələ şəhəri gəzməmişəm.
- Bəs futbol?
- Futbolun səviyyəsi də yaxşıdır. Şəxsən mənim xoşuma gəlir.
- "Neftçi"yə Bolqarıstanın MOİK (Sofiya) klubundan icarə əsasında gəlmisiniz. Orada yüksək liqada 14 komanda çıxış edir. Azərbaycan Premyer Liqasında isə cəmi 8 klub var. Çempionatlar arasında kəmiyyət fərqi ortadadır. Bəs keyfiyyət olaraq, hansı daha üstündür?
- Bəli, 8 komandalı çempionatda eyni kollektivlə 4 dəfə qarşılaşmalı olursan. "Qarabağ" və "Neftçi" digərlərindən fərqlənir. Ortabab klublar iddialılara qarşı çox qapalı oynayırlar. Amma iki çempionat arasındakı keyfiyyət fərqi ilə bağlı heç nə deyə bilmərəm. Hərəsinin öz üstünlükləri var.
- Sizcə, "Qarabağ" və "Neftçi" Bolqarıstan çempionatında qızıl medallar uğrunda mübarizə apara bilər?
- Bilmirəm (gülür). Bu barədə heç nə demək istəmirəm. Məncə, çempionluğa oynaya bilərlər. İki liqanı müqayisə etmək fikrim yoxdur.
- Bolqarıstanda türklərə qarşı münasibət necədir?
- Hər şey insanın özündən asılıdır. Elələri var ki, irqçiliyə meyillidir. Bəzən belə hallar olur. Amma ümumi götürəndə münasibət normaldır. Məsələn, mən Bolqarıstan futbolunda indiyədək irqi ayrı-seçkiliklə üzləşməmişəm.
- Ailəniz köçkündür, yoxsa əzəldən Bolqarıstanda yaşayıb?
- Bizimkilər o vaxt Bolqarıstandan Türkiyəyə gəlib orada yaşayıb, sonra yenidən bu ölkəyə qayıdıblar. Yəni köçkün deyilik.
- Ötən ilin sentyabrında Azərbaycan Vətən müharibəsinə başladı və Qarabağı erməni işğalından azad etdi. Yəqin, bu hadisələrdən xəbəriniz var...
- Əlbəttə, xəbərim var.
- Bir türk olaraq, müharibə vaxtı hansı hissləri keçirdiniz?
- Əvvəlcə onu deyim ki, işğal altındakı torpaqlarınızı azad etməyinizə sevindim. Ermənilərin Gəncəyə, digər şəhərlərinizə raket atdığını, terror aktı törətdiyini telakanallardan, sosial şəbəkələrdə paylaşılan videolardan gördüm. İnsana qarşı bu qədər qəddarlıq olmaz. Təbii ki, həmin ərəfələrdə çox pis oldum, günahsız insanların ölümünə üzüldüm.
- Premyer Liqanın XVIII turunun "Sabah"la oyununda Azərbaycan himni səsləndirilərkən əlinizi ürəyinizin üzərinə qoymuşdunuz...
- Biz qardaşıq. Himn səslənəndə qəribə hisslər keçirdim. İçimdən gəldiyi üçün əlimi ürəyimin üstünə qoydum.
- "Neftçi"də artıq 3 oyun keçirmisiniz, amma hələ qol vura bilməmisiniz. Niyə alınmır?
- Mənim üçün bir az şanssız start oldu. Çünki ilk oyunumdan sonra zədələndim. "Sabah"la matçda da bir az ağrılarım oldu. Digər tərəfdən, qol epizodlarına çox girə bilmədim. Ümid edirəm ki, tezliklə qollar vuracağam.
- Hücum xəttində yer alan digər futbolçu Mirabdulla Abassov siz gələnədək qol vurmaqda çətinlik çəkirdi. Amma son oyunda fərqlənməyi bacardı. Deyəsən, gəlişiniz onu yaxşı mənada silkələyib...
- Rəqabətin olması futbolçuların xeyrinədir. Mirabdulla yaxşı hücumçudur. Düşünürəm ki, bir-birimizə öyrəşdikdən sonra daha çox qol vurub, komandanın çempion olmasına kömək edəcəyik.
- Cari mövsümün sonunda "Neftçi" ilə müqaviləniz başa çatacaq. Yeni sözləşmə təklif olunsa, qalmaq istərdiniz?
- Açığı, bunu hələ düşünməmişəm. Mövsüm bitsin, sonra fikirləşərik. Bu gün üçün əsas məqsədim vurduğum qollarla komandaya kömək etməkdir.
- "Neftçi" sonuncu dəfə 2012/2013 mövsümündə çempion olub. Komanda 8 ildir qızıl medalları qazana bilmir. Sizcə, bu mövsüm çempionluq həsrətinə son qoymaq mümkün olacaq?
- Xallar eynidir, amma üstünlük bizim tərəfimizdədir. Hər şey öz əlimizdədir. Məşqlərdə çox çalışırıq. Ümid edirəm ki, mövsümün sonunda çempion biz olarıq.
- Komandada sabitlik çatışmır. Bir oyunda qələbə qazanırsınız, növbəti matçda uduzursunuz. Bunun səbəbini nədə görürsünüz?
- İnanın ki, mən də bilmirəm. Halbuki məşqlərdə əlimizdən gələni edirik, futbolçular çox yaxşı təsir bağışlayırlar. Oyunlarda isə bunu göstərə bilmirik. Xüsusilə son matçlarda yaxşı oynaya bilmədik. Növbəti görüşümüz "Keşlə"yə qarşı olacaq. İnanıram ki, qarşıdakı oyundan etibarən daha yaxşı mübarizə aparıb, qələbələri sıralayacağıq.
- Milli komanda barədə nə düşünürsünüz?
- Bolqarıstanın U-21 yığmasında oynamışam. Amma əsas milliyə çağırılmamışam. 8 qol vurduğum mövsümdə dəvət gözləyirdim, amma gəlmədi. Çağırsalar, gedib oynayaram. Xeyirlisi nədirsə, o da olsun ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
03.11.2026
02.11.2026
























