Ölkə futbolu
“Qəbələ”nin legioneri: “İnsanlar məni bir az unutmuşdular”
“Belçikanın “Ostende” klubundakı ilk mövsümdə 7 ay oynamadım, sonra “Ruselare”yə icarəyə veriləndə çox matçda meydana çıxdım. Dizimdə ağrılar yox idi. Mənim üçün həmin an faydalı oldu. Növbəti mövsümdə isə meydan üzü görmədim”.
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Footmercato" nəşrinə müsahibəsində "Qəbələ"nin futbolçusu Nikolas Raysel karyerası barədə danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi 2020-ci ilin əvvəlində "Qəbələ"yə keçdiyi dönəmi də xatırlayıb. O bildirib ki, 2019/2020 mövsümünün ilk yarısında yalnız iki oyunda meydana çıxıb: "Qış transfer pəncərəsi başladı. Belə davam etmək mümkünsüz idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransanın ikinci liqasından belə, təklif yox idi. Ancaq üç il əvvəl həmin liqada ən yaxşı oyunçu seçilmişdim. İnsanlar məni bir az unutmuşdular. Bütün bunlardan uzaqlaşmağa və yeni ölkədə sıfırdan nə isə etməyə qərar verdim. Dostum Abdelrafik Jerar "Qəbələ" ilə müqavilə bağlamışdı. O, idman direktoru ilə mənim barəmdə danışdı və videolarıma baxdılar. Onunla söhbətimdə əsl inam hiss etdim və gəlməyimi istədilər. Mənim də istədiyim inam, oyun şansı və yeni başlanğıc idi. Burada yeni başlanğıc üçün hər şey mövcud idi".
Raysel əyalət təmsilçisindəki ilk oyunlarda yaxşı çıxış etdiyini sözlərinə əlavə edib: "Şəxsən mənim üçün başlanğıc çox yaxşı alındı: 4 oyuna 4 qol vurdum və məhsuldar ötürmə verdim. Amma COVİD-19 pandemiyasının ortaya çıxmasından sonra hər şey alt-üst oldu. Çempionat birdəfəlik dayandı və mövsüm erkən yekunlaşdı. Hər şeyə rəğmən, klubum müqaviləmi daha bir il artırmağımı təklif etdi. Özümü burada yaxşı hiss etdiyimdən, sözləşməmi yeniləməyə qərar verdim. Artıq bir ildir buradayam və hər şey yaxşı gedir. Ardıcıl görüşlər keçirirəm, səhhətimdə və fiziki durumumda problem yoxdur. Öz oyunlarımla Avropa və digər qitələrin klublarının diqqətini cəlb edəcəyimə ümidvaram. Fikrimcə, zədəyədək olan xüsusiyyətlərimi bərpa edə bilmişəm".
Təcrübəli oyunçu hazırda bütün təkliflərə açıq olduğunu söyləyib: "Bu və ya digər kluba, bu və ya digər ölkəyə tüpürə bilmərəm. Keçmiş istedadlı komanda yoldaşlarımdan bəzilərinin pandemiya ilə əlaqədar klubsuz qaldıqlarını, klubların büdcələrini və heyətlərini ixtisara saldıqlarını gördükdə deyə bilmərəm ki, tələbat böyükdür. Sabah Azərbaycandan yeni maraqlı təklif gəlsə, burada qala bilərəm. Avropa və hətta Fransa klubu maraqlansa, bütün variantları nəzərdən keçirərəm. Bu yay azad agent statusu alacağımdan, bu, üzümə bəzi qapıları aça bilər" (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























