3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Azərbaycan çempionatı tamamilə Avropa səviyyəsindədir”

“Burada hər şey çox xoşuma gəlir. Çox yaxşı komandalar var, Avropa Liqasına düşmək üçün yarışırıq, klublardakı oyunçular keyfiyyətlidir, maaşlar da çoxdur. Hamı avrokuboklarda çıxış etmək üçün çalışır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail" in iranlı yarımmüdafiəçisi Bəxtiyar Rəhmani ölkəsinin mətbuatına açıqlamasında komandası və Azərbaycan Premyer Liqası haqqında təəssüratlarını danışarkən deyib. 29 yaşlı oyunçu çempionatın yüksək səviyyədə olduğunu bildirib:

“Qeyd etmək istərdim ki, həm təşkilati, həm də futbol baxımından Azərbaycanın çox peşəkar bir liqası var. Çempionatda rəqabət yüksəkdir. Bu, mənim üçün həqiqətən çox yaxşıdır”.

Futbolçu Premyer Liqamızda İrandan daha çox futbolçunun oynayacağına ümid etdiyini deyib:

“Ümid edirəm ki, İran Premyer Liqasından olan futbolçular bir gün Azərbaycan çempionatında oynayacaq və liqanın nə qədər keyfiyyətli olduğunu və burada oynamaq nə qədər xoş olduğunu görəcəklər. Əvvəllər Qətərdə oynayırdım və prinsipcə dünyanın bir çox yerlərini görürdüm, amma futbol şəraiti baxımından Azərbaycan tamamilə Avropa səviyyəsindədir.

Burada təxminən 5-6 İranlı oyunçu var. Məsələn, "Səbail" də Peyman Keşavarz da mənimlə oynayır. “Traktor”da bir müddət birlikdə oynamışıq, yaxşı və texniki futbolçudur, çox bəyənirəm və gələcəkdə mütləq onun haqqında daha çox şey eşidəcəksiniz".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31