12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Qarabağ” Türkiyəyə Qurban Qurbanovsuz yollanacaq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv) komandası ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Azərbaycan təmsilçisinin direktoru Emrah Çəlikəl açıqlama verib.

O bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.

Çelikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib: "Hücumçu Musa Qurbanlının növbəti koronavirus testi neqativ çıxıb. Onun qarşılaşmada iştirakı gözlənilir".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Xatırladaq ki, Qurban Qurbanov səhhətindəki problemə görə ötən həftəsonu komanda ilə Ağdama səfər edə bilməyib. O, həmçinin "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşü də buraxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31