16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Ölkə futbolu

"Makkabi"nin hücumçusu: "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq"

"Bu liqadakı ən yaxşı oyunumuzdur. Qələbə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı görüşdəki 1:1 hesablı heç-heçədən daha vacib idi. Ölkə çempionatında belə güclü oyuna ehtiyacımız var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Makkabi"nin (Təl-Əviv) futbolçusu Yonaten Kohen İsrail çempionatının 8-ci turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "One" nəşrinə açıqlamasında deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri görüş barədə də fikirlərini bildirib: "Cümə axşamı bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində xalımızı 10-a çatdıracağıq və bəlkə də növbəti mərhələyə yüksələcəyik. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31