Ölkə futbolu
Samir Abasov: "Neftçi"də "Damokl qılıncı" özüməm"
"Neftçi"nin baş məşqçisi Samir Abasovun müsahibəsi
- Komandanı bir neçə məşqə çıxarmısınız, artıq futbolçuları qismən tanıyırsınız. Kollektiv barədə ümumi təssüratlarınız necədir?
- Doğrudan da, 4-5 gün ərzində həddindən artıq müsbət enerji aldım. Eyni sözləri futbolçular haqqında da deyə bilərəm. Hər şey əla keçdi. Yeganə mənfi cəhət o oldu ki, tam heyətlə hazırlaşa bilmədik. Bunu bütün futbolçuların iştirakı ilə etməyi çox istəyərdim. Millimizin üzvləri komandaya bu gün qoşulacaqlar. Bəzilərinə 1 günlük istirahət verəcəyik. Legionerlərdən Prins İbara hələ gəlməyib. Bu gün Bakıda olacaq, sabahdan isə məşqlərdə iştirak edəcək. İstəyirəm ki, bu enerjini birlikdə hiss edək. Bu, nə deməkdir? Məsələn, 2-3 günə oyuna çıxacağıq. Kimsə əvvəlki ab-havadadırsa, bu, hardasa çıxışımıza təsir edə bilər. Bunu nəzərə almasaq, digər məsələlər qaydasındadır.
- “Neftçi”nin sükanı arxasında debüt matçınız “Qəbələ”yə qarşı olacaq. Baş məşqçilik karyeranızda bu komanda ilə keçirdiyiniz matçlarda cəmi 2 qələbə qazanmısınız. Bu statistika sizi narahat etmir?
- Açığı, bundan xəbərim yoxdur. Statistikaya baxacağam. Bunun “Neftçi” klubuna aidiyyatı yoxdur. Ümumiyyətlə, Qəbələ səfəri bütün komandalar üçün çətindir. Aşağı sıralarda qərarlaşsa da, balanslaşmış kollektivdir. Məncə, bizim üçün çox ağır olacaq. Çempionat 2 həftədir dayanıb. Futbolçular aclıq hiss edirlər. İnanıram ki, vəzifəmizin öhdəsindən gələ biləcəyik.
- “Neftçi” azarkeşləri kapitan Emin Mahmudovdan bir qədər narazıdır. Onlar hesab edirlər ki, bu futbolçuda liderlik keyfiyyətləri aşağıdır və sarğı qapıçı Aqil Məmmədova verilməlidir. Bu fikirlərlə razısınızmı və ümumiyyətlə, kapitanlığı hansı futbolçuya həvalə etməyi düşünürsünüz?
- Kənardakı təəssürat tamam başqadır. Azarkeşlərin haqlı olduqlarını deyə bilmərəm. Amma onların da öz baxışı var. Düzdür, sırf “Neftçi” azarkeşləridirlər və indiyədək bu kluba məndən daha çox bağlı idilər. Emin Mahmudovun futbolçu keyfiyyəti göz önündədir. Həqiqətən çox yaxşı oyunçudur. Amma kapitanlıq tamam fərqlidir. Məncə, kapitan olmurlar, doğulurlar. Sən bu çətin yükü daşımağı bacarmalısan. Demirəm ki, Emin bunu edə bilər, ya yox. Bu gün hamı çox şey deyə bilər. Artıq komandanın içindəyəm və bu, mənə aid olan məsələdir. Mahmudovun kapitanlıq vəzifəsinin öhdəsindən gəlib-gəlmədiyini məşqlər və oyunlar göstərəcək. Mənfi məqam odur ki, Emin bu gün bizimlə məşq edə bilmir. Mən gələndən zədədən əziyyət çəkir, fərdi məşq edir. Yəni komandanın içində olmadığı üçün qərar verə bilmirəm. O, hələ ki “Neftçi”nin kapitanı olaraq qalır. Vaxt keçdikcə hər şey yerinə düşəcək.
- Emin Mahmudovdan söz düşmüşkən, AFFA bu futbolçunu milli komandaya cəlb etmək üçün çox əziyyət çəkdi. Amma bu gün Mahmudov ya yığmaya dəvət almır, ya da çağırılanda ehtiyatda qalır. Bunu necə izah edərdiniz?
- Çağırılmamağı sırf Eminin özü ilə bağlıdır. Niyə bu vəziyyətə düşüb ki, ona dəvət gəlməyib? Orada oynamamağı isə sırf baş məşqçinin işidir. Ya oyun sisteminə uyğun gəlmir, ya da başqa səbəbdən oynatmır. Mən bu barədə heç nə deyə bilmirəm. Emin özü-özünə sual versə, daha yaxşı olar.
- Komandada başqa kimlər zədəlidir?
- Əsas zədəlilərimiz Emin Mahmudovla Stiven Monrozdur. Onların “Qəbələ”yə qarşı oynamayacaqları dəqiqdir. Qapıçı Səlahət Ağayev isə hələ fərdi məşq edir. Milli komandalardan gələn futbolçuların durumlarından xəbərimiz yoxdur. Hər an hər şey dəyişə bilər. Heyət yazırsan, bir də baxırsan ki, hansısa futbolçudan koronavirus çıxdı. Məsələn, Lüksemburqla oyundan əvvəl Maksim Medvedevin yoluxduğu bilindi.
- “Sumqayıt”da daha çox gənc futbolçulardan qurulmuş komandaya başçılıq edirdiniz və az-çox nəticə də qazanırdınız. “Zirə”də isə legionerlərin çoxluq təşkil etdiyi kollektivlə çalışdınız. Etiraf edək ki, oradakı işiniz əvvəlki kimi uğurlu alınmadı. “Neftçi”də hansı iş üslubuna üstünlük verəcəksiniz?
- Yerli və əcnəbi futbolçuları bir-birindən ayırmazdım. Mən məsələyə başqa prizmadan yanaşmaq istəyirəm. Bu gün kim oyuna hazırdırsa, o da meydana çıxacaq. Bu, bütün futbolçulara aiddir. Bəli, “Sumqayıt”da yerlilərlə oynayırdıq. Bir müddətdən sonra güclü kollektiv üzə çıxardıq və nəticə qazanmağa başladıq. “Zirə”də ilk 6 ayda əziyyət çəkdik. Mövsümün ikinci yarısında isə “Sumqayıt”dan heç də zəif olmayan, hətta deyərdim ki, üstün komanda formalaşdırdıq. Çox əla oyunlarımız oldu. Qış fasiləsindən sonra cəmi 2 qarşılaşmada uduzmuşduq. “Qarabağ”dan sonra ən yaxşı nəticələr bizdə idi. Yer tutmadığımız üçün bunlar heç kimin yadında deyil. Heyəti qurarkən həm yerlilərdən, həm də əcnəbilərdən istifadə edə bilərik. Əmin olun ki, “Neftçi”də özünü oyuna 100 faiz verə biləcək futbolçular çıxış edəcəklər.
- “Sumqayıt”da 5, “Zirə”də isə 4 müdafiəçili taktiki sxemlə oynayırdınız. Bəs “Neftçi”də necə olacaq?
- İndiki məqamda bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Əsas oyunçularımızın çox hissəsinin olmaması problem yaradır. Amma istənilən halda, hər hansı sistem çıxarıb, “Qəbələ” ilə oynamalıyıq. Amma o demək deyil ki, bu, bizim sistemimiz olacaq.
- “Sumqayıt”da Ceyhun Sultanovla birlikdə işləmisiniz. Elə futbol dilində desək, yaxşı tandem təşkil edirdiniz. Bunun məntiqi nəticəsi kimi ortaya mübariz komanda çıxara bilmişdiniz. Artıq Sultanov “Neftçi”dən istefa verib. Onun gedişi sizin işinizə hansı təsiri göstərə bilər?
- Ceyhun Sultanov idman direktoru vəzifəsində çalışan nadir futbol adamı idi. Futbolu yaxşı bilirdi. Onun və ya futboldan başı çıxan başqa birinin hər hansı komandada, məsələn, elə “Neftçi”də bu vəzifədə çalışması mənim üçün rahatlıq olardı. Futbola lazım olan adamdır. Həm “Sumqayıt”da, həm də “Neftçi”də çox yaxşı işlər görüb. Sadəcə, Sultanovun istefası mən bura gələnədək olub. Ona görə də bu, mənə aid məsələ deyil.
- İdman direktoru məşqçilərin başı üzərində “Damokl qılıncı” hesab olunur. “Neftçi”də isə bu vəzifəyə təyinat olmayacaq. Bu amil sizə hər hansı çətinlik yarada bilərmi?
- Başqa klublarda necə olduğunu bilmirəm, amma mənim işlədiyim komandalarda qılınc söhbəti sırf baş məşqçiyə aid məsələdir. Yəni idman direktoru olsa da, olmasa da, "Damokl qılıncı" özüməm.
- Bu yaxınlarda mətbuata müsahibənizdə demisiniz ki, “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoya bilər. Hələ də əvvəlki fikrinizdə qalırsınız?
- “Qarabağ” son illərdə haqlı olaraq ölkə futbolunda hegemonluq edir. Bütün komandalarda belə bir ab-hava var ki, “Qarabağ” çempion olacaq, biz isə 2-ci yer uğrunda mübarizə aparmalıyıq. İlk növbədə, futbolçu və idmançı kimi psixologiyanı dəyişməliyik. Sən “Neftçi”dəsənsə, yüksək yerlər uğrunda oynamalısan. Hər oyuna futbol aclığı ilə çıxsaq, uğur qazanmaq olar. Bu, o anlama gəlməsin ki, Samir müəllim "Biz çempionluğa oynayırıq" dedi, vəssalam. Bütün komandalarla mübarizə aparmaq olar. Bəli, “Qarabağ” çox güclüdür, oturuşmuş heyəti var. Amma yenə deyirəm, futbolçunun özünə təsir etməlidir ki, niyə mən o zirvədə olmayım. Bunu oyunçularıma aşılamağa çalışıram ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
06.11.2026
05.11.2026
04.11.2026
























