3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

“Qəbələ” - “Neftçi”: statistika nə deyir?

Bu həftə Azərbaycan Premyer Liqasında X turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların qarşılaşmalarından sonra baş tutacaq turda “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionundakı matç iki rəqib arasında 54-cü qarşılaşma olacaq. İndiyədək komandalar 53 dəfə üz-üzə gəlib. “Qəbələ” ilk dəfə 2006/07 mövsümündə qarşılaşdığı rəqib üzərində 17 qələbə qazanıb. “Qırmızı-qaralar” 13 dəfə heç-heçə edib və 23 məğlubiyyət alıb. Bu oyunlarda 66 qol vuran “Qəbələ” futbolçuları 74 top buraxıb.

Premyer Liqada 49-cu dəfə üz-üzə gələcək komandalar 48 oyunda qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib, 22 dəfə uduzub. Bu görüşlərdə 59 qola imza atan “Qəbələ” 68 top buraxıb.

“Qəbələ” “Neftçi” ilə 27-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 26 matçda komanda 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 13 dəfə uduzub. Bu matçlarda 70 qol vurulub. Meydan sahibləri 34, qonaqlar 36 qol vurub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının X turunun noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Neftçi” oyunu saat 14:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30