5 Aprel 2025, Şənbə
XXIX turun hakim təyinatları
“Qəbələ” Premyer Liqada!
Millimizin heyəti açıqlandı
Millimiz FİFA reytinqində gerilədi

Ölkə futbolu

“Zirə” - “Keşlə”: 21-ci oyun

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə”nin rəqibi “Keşlə” olacaq.

Futbolxeber.az saytının məlumatına görə, zirəlilər paytaxt təmsilçilərinin duelinə evdə çıxacaq.

Birinci dövrədə rəqibini 3:2 hesabı ilə məğlub edən “qartallar” tarixində 21-ci dəfə “Keşlə” ilə üz-üzə gələcək.

Əvvəl “İnter” adlanan rəqiblə ilk görüş 2015/16 mövsümünə təsadüf edib. Bu müddətdə keçirilən 20 qarşılaşmada komandalar hərəyə 6 dəfə qalib gəlib. 8 matçda heç-heçə qeydə alınıb. 47 qolun vurulduğu oyunlarda top fərqi “Keşlə”nin xeyrinədir - 24:23.

Son üç ev oyununda “Keşlə”yə uduzmayan “Zirə” rəqibini 10-cu dəfə qəbul edəcək. Öz meydanında 3 qələbə və 5 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə məğlubiyyətlə üzləşib. Qonaqların qapısından 13 top keçirən bu komanda 9 qol buraxıb.

Qeyd edək ki, noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Keşlə” matçına saat 16:00-da start veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30