7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

DÇ-2022: Səbətlərin tərkibi dəqiqləşdi

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, püşkatmada 55 yığma 6 qrupa bölünəcək. İlk 5 səbətdə 10, sonuncuda isə 5 komanda qərarlaşıb.

C Liqasındakı yerini qoruyan Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Xorvatiya, İtaliya, Almaniya, Danimarka, Niderland

2-ci səbət: İsveçrə, Polşa, İsveç, Uels, Ukrayna, Avstriya, Slovakiya, Serbiya, Türkiyə, Rumıniya

3-cü səbət: Rusiya, İrlandiya, Şimali İrlandiya, Norveç, Macarıstan, İslandiya, Şotlandiya, Çexiya, Finlandiya, Yunanıstan

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, İsrail, Belarus, Lüksemburq

5-ci səbət: Kipr, Ermənistan, Farer Adaları, Estoniya, AZƏRBAYCAN, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra

6-cı səbət: Moldova, Malta, Lixtenşteyn, Cəbəllütariq, San Marino

Qeyd edək ki, DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31