26 Mart 2026, Cümə axşamı
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Ölkə futbolu

Rza Çalımbay: "Qarabağ"la oyunda üç xal qazanmaq istəyirik"

“Həm “Vilyarreal”, həm də “Makkabi” ilə oyun bizim üçün çox şanssız oldu. Son matçda ilk qolu biz vurduq və qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Hakim sanki azlıqda oynamağımız üçün çalışırdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor”un baş məşqçisi Rza Çalımbay deyib.

O, qarşıdakı “Qarabağ”la görüşə də toxunub: “Zədəli futbolcularımız olduğu üçün oyunu dəyişməyə çətinlik çəkirik. Amma önümüzə baxmalıyıq. Qarşıda hələ oyunlar var. “Makkabi”ni İsraildə məğlub edəcəyimizi düşünürəm. “Qarabağ”a qalib gələrək üç xal qazanmaq istəyirik”.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31