Ölkə futbolu
Rəşad Sadıqov: “O olmasaydı, bəlkə 32 yaşımda futboldan gedərdim”
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq çempionluq təəssüratlarını bölüşüb.
- Bütün “Qarabağ” ailəsini, azarkeşlərimiz təbrik edirəm. Bu dəfə bir az fərqli oldu, son 8 tur keçirilmədi. 20 oyunda yaratdığımız xal üstünlüyü, bizə çempionluğu gətirdi. Asan olmadı, avrokubok oyunlarımız var idi, daim gərginlik içində idik. Qərar veriləndə xal fərqimiz 8 idi və çempionluq bizim oldu. Bu, yaddaşlarda xüsusi qalacaq. İlk dəfə belə halla qarşılaşdıq. Qalan 8 oyunu da keçirmək istərdik. Qərara hörmətlə yanaşırıq. “Qarabağ” layiqli şəkildə çempionluğu qeyd edir.
- Karyeranızı bitirdiniz. Gələcəkdə nə olacaq?
- Futbolçu kimi son mövsümüm idi. Bundan sonrakı fəaliyyətim haqda bu günə olan düşüncəm məşqçiliklə bağlıdır, bu iş daha çox maraqlı gəlir. Məşqçi kimi karyeramı davam etdirəcəyəm.
- Qurban Qurbanov yanında qalmağınızı istəsə, eyni zamanda başqa klubdan baş məşqçilik təklifi alsanız hansını seçərsiniz?
- Qurban müəllim nə vaxt desə ki, yanımda ol, bu məsələ müzakirə olunmur. Son 20 ilin istedadlı futbolçularından hesab olunurdum. Ancaq onun rəhbərliyi altında oynayana qədər məqsədlərimə tam nail ola bilmirdim. Karyeramda olmasaydı, bəlkə 32 yaşımda futboldan gedərdim. Buna görə də ona minnətdaram. Çoxlarının inanmadığı vaxtda mənə dəstək oldu. 6 qrup mərhələsi, 7 çempionluğa onun rəhbərliyi altında nail oldum. Özümü Qurban Qurbanova borclu hesab edirəm. İstənilən bir yerdə də olsam, desə ki, gəl yanıma gələcəyəm. Müzakirələrimiz olacaq. Yanımda qal desə, qalacağam, digər təkliflər müzakirə olunmur, başqa heç bir təklifin önəmi olmayacaq.
- Karyeranızı bitirməyinizdə fiziki, yoxsa psixoloji məqamlar daha çox rol oynadı?
- Sadəcə, belə düşündüm ki, artıq bəsdir. Ciddi problemlərim yox idi. Özümü futbolsuz təsəvvür etmirəm, 50 yaşda da oynayacağam. Belə qərara gəldim ki, futboldan getməyin vaxtıdır. “Qarabağ”da daim yüksək səviyyədə olmaq lazımdır. Düşünürəm ki, hamı üçün xeyirlisi karyeramı bitirməkdir.
- Bundan sonra “Qarabağ”da lider kimi hansı futbolçunu görürsünüz?
- “Qarabağ”da yetərincə lider var. Bu sualla çox rastlaşmışam. “Qarabağ”ın heyətində Maksim kimi lider var, Qara var, əvvəl Riçard var idi. Çox oyunçunu qeyd edərdim. Yerlilərdən Qara ilə Maksim mən meydanda olanda, öz liderlik keyfiyyətlərini ortaya qoyublar. Bəzi futbolçularda bu məqam çox gözə girir, bəzilərində daha az - məşqdə, komanda pis gedəndə, soyunub-geyinmə otağında və s. Bunu Qara da edib, Maksim də edib, əvvəllər Almeyda da. İndi lider futbolçularımız var.
- Vida matçı olacaqmı?
- Əslində, mən buna çox meylli deyildim. Hər şey qaydasında olsa, istərdim. Həmişə daha çox “Neftçi”yə qarşı vida matçı keçirmək istərdim. Düşünürdüm ki, bir hissə onlarda, bir hissə “Qarabağ”da oynayaram. Məlum vəziyyətə görə alınmadı. Qismət beləymiş. İndi əsas vacib olan insanların sağlamlığıdır. Allaha dua edirəm ki, tezliklə bu problemi geridə qoyaq. Rəhbərlik mənə bildirdi ki, yoldaşlıq oyunu keçirək. Bu məsələ indi məni ciddi düşündürmür. Belə gediş də qane edir. Əsas odur ki, çempion olduq. Son ilimdə çempion olmaq istəyirdim. Komandanın nəticəsi mənim üçün ən önəmlisidir (futbolpress.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
- “Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:42
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
27.09.2026
26.09.2026
25.09.2026























