Ölkə futbolu
Ramin Musayev: “UEFA vaxtı uzatmasa, çempionat dayandırılmalıdır”
“Sabah UEFA-nın iclası keçiriləcək. Əgər orada ölkələrə çempionatları yekunlaşdırmaq üçün verilən vaxt artırılsa, biz Premyer Liqanı sona qədər keçirə bilərik. Əks-təqdirdə isə çempionat dayandırılmalıdır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O, son günlər Azərbaycan Premyer Liqasında mövsümün ləğv ediləcəyi ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. Musayev bildirib ki, belə bir məsələ gündəmdədir:
“Hal-hazırda ölkədə vəziyyət hamıya bəllidir. Günü-gündən koronavirusa yoluxanların sayı artır. Çempionatı keçirən qurumun rəhbəri kimi ən çox söz-söhbət mənim üzərimdə olacaq. Mart ayında biz çempionatı dayandırarkən hamı başladı ki, bu qərar düzgün deyil.
Lakin sonradan gördülər ki, bütün dünya ölkələri eyni addımı atır. Bizi qınayanlar özlərini bizim yerimizə qoysaydılar, hansı qərarı verərdilər? Biz qalmışıq iki yolun arasında. UEFA-nın sabahkı iclasında avqust ayının 3-də çempionatlar bitirilməlidir qərarı dəyişdirilsə, biz davam edə bilərik. Yox uzadılmasa, o zaman liqa dayandırılmalıdır. Bilirsiniz ki, həftəsonları da sərt karantin tətbiq olunur.
Üstəlik, komandalara bir avtobus yetməyəcək. Oyunlara iki avtobusla getməlidirlər. 2 günü karantinə çıxsaq, 5 gün qalır. 5 günə bizim komandalar bu isti havada 2 oyun keçirə bilərlər? Hamı bilir ki, mümkün deyil. İndi mən nə edə bilərəm? Karantin olmasaydı, hər şey hazır idi. Hər gün Operativ Qərargahla söhbət edirik. Bizə deyilməyib ki, iyul ayında karantin olacaq, ya yox. Üzümüzə gələn həftə də sərt karantin rejiminin olması gözlənilir. Klublara 21 günlük məşq vaxtı vermişdik.
Sərt karantinə görə onun 4 gününü məşq edə bilmədilər. Bu qədər qısa müddətdə məşq edib meydana çıxan futbolçu zədələnə bilər. Sabah hansısa komanda desə ki, futbolçum yoxdur ki, meydana çıxarım, o zaman biabırçılıq olacaq. Avqustun 3-nə qədər sürünə-sürünə çempionat keçirib kimisə sevindirək, kiminsə gözündə ucalaq deyəcəyiksə, o zaman biz pis vəziyyətdə qalacağıq”.
PFL rəhbəri çempionatın sıx qrafikdə, çətinliklə keçirilməyindənsə, avrokuboklara gedən klublara hazırlıq üçün kifayət qədər vaxt verilməsinin daha yaxşı olacağını açıqlayıb:
“Bu klubların hazırlıq üçün yetəri qədər zamanı olar, normal transfer edərlər. Digər klublar da növbəti mövsümə lazımi qaydada hazırlaşar. Uğur qazanarlar və reytinqimiz də qalxar. Yoxsa milli komandanın futbolçularını da itirə bilərik. Xəbəriniz var ki, başqa ölkələrdə, güclü klublarda da futbolçular zədələnirlər. Kim zəmanət verəcək ki, bu futbolçu zədə almayacaq?
Bütün bunlardan sığortalanmaq üçün yarış keçirməzlər, futbol oynamazlar. Sabah desələr ki, avqustun 15-17-nə qədər vaxt uzadılır, o zaman rahat çempionat keçirə bilərik. Sabah 3 tur keçirsək və dayandırsaq, o zaman necə olacaq? Hansı komanda avrokuboklara gedəcək? Neçə illərdir ki, çətinlik çəkmədən liqa keçiririksə, 8 tur keçirmək nədir ki? Lakin buna cavabdeh olmaq asan deyil. Biz ya 8 turun hamısını oynamalıyıq, ya da keçirməməliyik. Buna da heç kim zəmanət vermir. Sabah hansısa komandanın futbolçusunda koronavirus olsa, o zaman komandanın bütün heyəti, onun yoxlama görüşü keçirdiyi, turda oynadığı bütün komandalar yoxlanışdan keçməlidir. Bu zaman günahkar biz olacağıq. O zaman deyəcəklər ki, lazımdır bu hayda çempionat keçirmək. O boyda Fransa Liqa-1-i dayandırıldı. Çempionatı dayandıranda müsbət addım atmışıq. Əgər vaxtımız az olsa, dayandırmalıyıq.
Normal halda bizim futbolçuların fiziki durumu bizə bəllidir. İnanmıram ki, bu durumda futbolçularımız Avropada mərhələ adlasın. O zaman da Azərbaycan adına uğursuzluq olacaq. Bütün klublarımız - “Qarabağ”da, “Neftçi” də bizimdir. Biz Avropada biabır olmamalıyıq, ölkədə bunun o qədər də önəmi yoxdur. UEFA vaxtı uzatmasa, məcburam ki, AFFA İcraiyyə Komitəsinə çempionatın ləğvi ilə bağlı müraciət edim”.
Musayev klublara çempionatın dayandırılıb-dayandırılmaması ilə bağlı göndərilən məktublardan da danışıb:
“Bəzi insanlar məni qınadı ki, o məktubu niyə göndərmisən? Artıq bir şey yazmamışam ki? Sadəcə klubların fikirləri maraqlandım. Klublar məktubda başqa şey yazmışdılar, telefonda başqa şey deyirlər. Bu məktub mənim üçün sığortadır. Sabah deyə bilməyəcəklər ki, bizim fikrimiz soruşulmadı. Virusa inanmayanlar çox idi.
Bir həkim var idi, mənim üçün əlcək, maska və spirt göndərmişdi. Deyirdi ki, “Ramin müəllim, boş verin, belə bir şey yoxdur. İndi həmin həkim xəstə yatır. İnanmayan çox insan indi ondan əziyyət çəkir. Sağlamlıq ən öndə olmalıdır. Uşağını az yaşı olanda oxudursan, oxumayanda danlayırsan. Həmin vaxt deyir ki, oxumuram, məni niyə danlayırsan? Böyüyəndə isə deyir ki, kaş məni döyüb oxudardın. İnşallah, iyunun 18-i hər şey bəlli olacaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
24.09.2026
23.09.2026
























