Ölkə futbolu
"Türk Hava Yolları Futbol Mərkəzi"nə köçmək akademiya üçün böyük fərq yaradacaq"
"Neftçi” Futbol Akademiyasının sabiq direktoru Mik Benet klubun rəsmi saytına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, müqavilə müddəti başa çatdığı üçün qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyulan ingiltərəli mütəxəssis buradakı 2 illik fəaliyyətini dəyərləndirib, etdiyi dəyişiklərdən danışıb və akademiyanın gələcəyi ilə bağlı fikirlərini bildirib.
- "Neftçi” Futbol Akademiyasındakı 2 illik fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Mən gələndə akademiya və onun strategiyası istənilən kimi deyildi. İndi klub daha yaxşı vəziyyətdədir və özünü "Akademiya” statusuna yaxın hesab edə bilər. Təqdim etdiyim bir çox yeni strategiya sayəsində məşq və oyun tərzi, eləcə də oyunçular, məşqçilər və valideynlər arasında ünsiyyət çox yaxşılaşdı. Artıq hər şey daha peşəkar səviyyədə edilir. Akademiyanın uğur qazanması üçün bu proses davam etdirilməli və standartlara riayət edilməlidir. Görüləsi işlər hələ çoxdur.
- Bu müddət ərzində akademiyada hansı dəyişikləri edə bildiniz?
- "Bolton Wanderers”də 10 illik təcrübəmdən sonra məşhur "Mançester Yunayted” Akademiyasındakı 10 illik təcrübəm əsasında hər yaş qrupu üçün texniki proqram yaratdım. Oyun təhlilini, matç hesabatlarını təqdim etdim. Məşqçilərin rəyləri, sessiyanın planlaşdırılması, davranış qaydaları, intizam prosedurları, aylıq heyət iclasları, oyunçuların müqavilələrinin daha rahat sistemlə tənzimlənməsi və yenilənməsi, komandaların xarici səfərlərə göndərilməsi, məşq yerlərinin və təlim təşkilinin yaxşılaşdırılması - bütün bunlar üçün çalışdıq. Ümumiyyətlə, məşqçilərdən daha çox məsuliyyətli olmağı, daha çox çalışmağı, öyrənməyi və açıq fikirli olmağı, bütün oyunçular və valideynlər ilə daha yaxşı münasibət qurmağı istədim. Yüksək standartlar qoydum və hər kəsin ən yaxşısını hədəfləməsini gözlədim.
- "Neftçi” Futbol Akademiyasının gələcəyi ilə bağlı nə deyə bilərsiniz?
- Klub tezliklə "Türk Hava Yolları Futbol Mərkəzi”nə köçəcək ki, bu da böyük fərq yaradacaq. Bu dəyişikliyin çox əhəmiyyətli olacağını vurğulaya bilərəm. "Neftçi” Futbol Akademiyasının təqib edə biləcəyi əsas bir quruluş və təməl tətbiq etdim. Bu, oyunçuların və məşqçilərin inkişafına kömək edəcək. Hər hansı bir futbol akademiyası üçün son məqsəd əsas komanda üçün kifayət qədər yaxşı oyunçular yetişdirməkdir.
- Akademiyamızda Azərbaycan futboluna, "Neftçi”yə uğur gətirə biləcək gənc futbolçular varmı?
- Klubda peşəkar ola biləcək, milli komandada çıxış edə biləcək oyunçular var. Ancaq əsas diqqət liqalarda qələbə qazanmaqdan çox fərdi oyunçuların inkişafına yönəldilməlidir. Məşqçilər, məşqçilik metodlarını inkişaf etdirməyə və gələcək üçün oyunçuların inkişafına kömək etməyə görə şəxsi təhsillərini davam etdirməlidirlər. Əslində isə mən məşqçilərin gənc oyunçulardan çox şey gözlədiklərini görürəm. 10 yaşdan 16 yaşa qədər çox şey ola bilər, futbolda heç bir zəmanət yoxdur. Yeniyetmələr meydanda və meydandan kənarda təzyiqlərlə üzləşə bilərlər. Peşəkar bir müqavilə və oyunçu gözləntilərinə dair ciddi diqqət 16 yaşında olmalıdır. Bu yaşda oyunçunun potensialı daha real görünür. Nümunə olaraq, Pol Poqbanı və Markus Reşfordu göstərə bilərəm. "Mançester Yunayted”də, ictimaiyyətdə, klub xaricində əsas komandada oynayanadək onlar haqda heç kim heç nə eşitməmişdi. Gənc oyunçular kənar təzyiqdən qorunur və bu onların inkişaf etməsinə şərait yaradır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
10.11.2026
09.11.2026
08.11.2026
























