Ölkə futbolu
Riad Rəfiyev: “Oynamaq lazımdır, başqa variantımız yoxdur”
"Oyunda yüksək temp olmadı, bu da normaldır. Xeyli müddət məşq etməmişik, aydın məsələdir ki, 8 gün hazırlaşmışıq. Düşünürəm ki, iyunun 21-dək 100 faiz olmasa da, indikindən daha hazırlıqlı olacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan danışarkən deyib.
Klub prezidenti çempionatın vaxtından əvvəl yekunlaşdırılması ehtimalı barədə də danışıb: "Çölə çıxmaq qadağası həftəsonları üçün yeni qərardır. Əlbəttə, əvvəl bildirmişdik ki, hazırlaşmaq üçün 3 həftə çox azdır. Çünki xeyli vaxt idi ki, məşqsiz qalmışıq. Amma futbolçular peşəkardırlar, başa düşürlər ki, nə qərər qəbul edilibsə, onu icra etmək lazımdır. Çətin də olsa, çıxıb oynayacaqlar. Həftəsonları karantin rejiminin sərtləşdirilməsi daha çox çətinlik yaradacaq. Amma çıxıb oynamaq lazımdır, başqa variantımız yoxdur. Çempionatın ləğvi ilə bağlı qərarı biz vermirik axı".
Rəfiyev "Premyer Liqa ləğv ediləcəyi halda qərara necə yanaşarsınız" sualını belə cavablandırıb: "Nə qərar olacaqsa, icra edəcəyik. Dövlətin qanunları var. Bunu dəfələrlə qeyd etmişəm ki, bizim vətəndaşların sağlamlıqları hər şeydən önəmlidir. Futbol bizim vətəndaşların sağlamlığından öndə gələ bilməz. Operativ Qərargahın bütün qərarlarına hörmətlə yanaşırıq. Ona görə də nə qərar qəbul etsələr, icra edəcəyik".
Klub prezidenti hazırda 4-cü yerdə gedən "Sumqayıt"ın Avropa Liqasına tarixi vəsiqəni meydanda qazanmaq istədiyini də vurğulayıb: "Çempionatın davam etdirilməsini və nəticə qazanaraq avrokuboklara çıxmağımızı istəyirik. Hazırda mövsüm davam edir, heç bir futbolçu ilə transfer barədə danışmamışıq. Öz heyətimdəki oyunçularla bağlı planlarımız var, buna uyğun hərəkət edirik. Amma başqa klublardan heç kiminlə danışmamışıq".
Rəfiyev "Sumqayıt"ın hər bir mövsümün sonunda heyətinin böyük hissəsini dəyişdirməsinə də münasibət bildirib:
"Əslində, bu, bizim üçün sevindirici haldır, işimizin nəticəsini göstərir. Çünki xəbərləri oxusanız, görəcəksiniz ki, ən çox bizim oyunçulardan yazırlar. Məsələn, "Sumqayıt"ın filan futbolçusu başqa komandanın hədəfindədir. Bu da onu göstərir ki, düzgün seleksiya aparmışıq. Bizdə də yanlışlıqlar olur. Bu, normaldır, hamıda baş verir. Sevindirici haldır ki, ən çox bizim futbolçularımızı istəyirlər".
Rəfiyev avrokuboklara vəsiqə əldə edəcəkləri təqdirdə, heyəti necə formalaşdıracaqları barədə danışmağın tez olduğunu vurğulayıb: "Hər şey nəticələrdən asılı olacaq. Ona uyğun hərəkət edəcəyik".
"Gənclik şəhəri" təmsilçisinin rəhbəri komandada milliyə cəlb olunmaları ehtimal edilən futbolçular haqqında isə bunları deyib: "Bizim komandadakı bütün futbolçular hüququ cəhətdən Azərbaycan millisində çıxış edə bilər. Çünki hamısının Azərbaycanla bağlılığı var. Ona görə də, bu, yığmanın baş məşqçisinin qərarı olacaq. Bu barədə nə isə deyə bilmərəm. Yeni gələn baş məşqçi nə qərar verəcəksə, hansı oyunçunu bəyənəcəksə, onun millimizdə çıxış etməsində problem görmürəm. Əmir Ağayev və Aleksey İsayevin də digərləri kimi heç bir problemi yoxdur. Hər ikisinin ölkəmizlə bağlılığı var. Onların hüququ cəhətdən millidə çıxış etmələrində problem yoxdur".
Rəfiyev hazırda Rusiyada olan İsayevin Azərbaycana qayıda bilməməsinə də toxunub: "Səhv etmirəmsə, sərhədlərin qapalı saxlanılması qərarını iyulun 1-dək uzatdılar. Ona görə də bu yöndə hər hansı yenilik yoxdur. Bütün sərhədlər bağlıdır. Səhv etmirəmsə, ay ərzində Rusiyadan 1 və ya 2 çarter reysi olur. Amma orada 20-30 min adam var ki, Azərbaycana qayıtmaq istəyir".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 14-15 iyunda da tətbiq ediləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
10.11.2026
09.11.2026
08.11.2026
























