Ölkə futbolu
DOST TƏBRİKİ
Klubda (özü də “Bakı” kimi), millidə işləyəndə adamın “dostu”, tanışı, hər gün bir süfrəni bölüşdüyü, sağlığıva badə qaldıran, zəng vurub nəyisə xahiş edən çox olur. Amma sıravi jurnalist olanda, “dost”ların da, tanışların da, zəng vuranların da, maraqlananların da sayı xeyli aşağı düşür. Məhz həmin günlərdə hansı dostun dırnaq içərisində, hansınınsa DOST kimi yazıldığına canlı şahid olursan.
Azərbaycan futbolunda dost deyə biləcəyim 3 məşqçi var ki, bu gün (8 aprel) onlardan birinin - Yaşar Vahabzadənin 60 yaşı tamam olur.
1996-cı ildə iyulun 17-də “Neftçi” - “Lokomotiv” (Sofiya, Bolqarıstan) oyununun sonlarında vurduğu dəqiq zərbə ilə mən də daxil stadiona toplaşmış minlərlə azarkeşi ayağa qaldıran Yaşar Vahabzadə haqda 24 il sonra qısa bir DOST TƏBRİKİ yazacağım ağlıma gəlməzdi.
Jurnalistikanın ən müsbət cəhətlərindən biri uşaq vaxtı bizim üçün əlçatmaz olan insanların illər sonra əlçatan olmasıdı. İllər çox şeyi dəyişsə də, hər şeyi dəyişmir.
Mənim üçün o, bu gün də 24 il öncəki Yaşar Vahabzadədi. U-21 millimizin baş məşqçisi kimi Rusiyanı Bakıda darmadağın edəndə də, səfərdən həmin rəqibdən xal alanda da, İslam Oyunlarının qalibi olanda da, kimlərinsə güdazına gedib U-21-dən ayrılanda da, işsiz qalanda da Yaşar Vahabzadə hər zaman eyni adam olub.
Feysbukda bəzən dostlar, həmkarlar zarafatca Vahabzadənin vəkili də deyiblər. Problem deyil, təki Allah hər kəsə Yaşar Vahabzadə kimi dostun vəkilliyini etməyi qismət eləsin. Məncə, insan dost saydığını müdafiə etməyə, haqqını qorumağa borcludu. Kim nə deyir desin, mənim üçün Yaşar Vahabzadə Azərbaycan futbolunda iz qoyub, istər futbolçu, istərsə də məşqçi kimi. Və əminəm, o, hələ Azərbaycan futbolunda sözünü deyəcək.
Yaşar müəllim, ad gününüz mübarək, 100 yaşayın. Tezliklə sorağınız “Kəpəz”lə birgə əvvəlcə Premyer Liqadan, daha sonra Avrokuboklardan gəlsin. Jurnalist kimi olmasa da, bir gün dost kimi sizə “Milli komandamızın baş məşqçisi” kimi müracət edəcəyimə əminəm...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























