14 Yanvar 2026, Çərşənbə
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu

Ölkə futbolu

Püşk "Qarabağ"ı sevindirmədi

Bu gün cari mövsümdə Avroliqada qrup mərhələsində mübarizə aparacaq sonuncu komandanın da adı bəlli olacaq. Futbolxeber.az-ın məlumatına görə, "Fənərbaxça"nı turnirdə əvəzləyəcək klubun adı püşklə müəyyənləşəcək. Play-off mərhələsində məğlub olan 30 komandadan biri bu hüquqa yiyələnəcək. 30 komanda arasında Azərbaycan təmsilçisi "Qarabağ" klubu da var.

Qeyd edək ki, UEFA-nın iclası Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.

"Qarabağ" (Azərbaycan), “Molde” (Norveç), “Spartak” (Moskva, Rusiya), “Aktobe” (Qazaxıstan), “Nordşelland” (Danimarka), “Ştuttqart” (Almaniya), “Astra” (Rumıniya), “Dila” (Gürcüstan), “Kukesi” (Albaniya), “Voyvodina” (Serbiya), “Udineze” (İtaliya),  APOEL (Kipr), “Saint-Etienne” (Fransa), “Tromse” (Norveç), “Petrolul” (Rumıniya), “Partizan” (Serbiya), “Nitsa” (Fransa), “Hafnarfjordur” (İslandiya), “Minsk” (Belarus), “Zalgiris” (Litva), “Nomme Kalyu”(Estoniya), “Paşinq” (Avstriya), “Slask” (Polşa), “Skenderbeu” (Albaniya), ”Feyenord” (Hollandiya), “Qrasshoper” (İsveçrə), “Dinamo” (Tiflis, Gürcüstan), “Jablonec” (Çexiya), “Braqa” (Portuqaliya) və "Az Alkmaar" - "Atromitos" cütünün məğlubu*

* "Az Alkmaar" (Hollandiya) - "Atromitos" (Yunanıstan) matçı stadionda baş verən yanğın səbəbindən yarımçıq dayandırılıb. 

***

Püşkün nəticəsinə əsasən Avroliqanın qrup mərhələsində APOEL mübarizə aparacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31