Ölkə futbolu
"Ən azı üçüncü yeri tutmalıyıq"
"Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin Rusiyanın “Sport-eskpress” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Siz xaricdə çox çalışmış nadir rusiyalı məşqçilərdənsiniz. Əcnəbi ölkədə işləmək üçün əsasən nəyə fikir verməlisən?
- İlk növbədə gəldiyin ölkənin insanlarının mentalitetinə bələd olmalısan. Öz qaydalarınla başqa kilsəyə girməyin mənası yoxdur. Məşqçi özü olaraq qalmalıdır, amma bununla yanaşı, yerli qaydaları da nəzərə almalıdır.
- Çalışdığınız “Qəbələ” klubunda İslam dininə səcdə edən çoxlu futbolçu var. Dediyiniz həmin qaydalar elə bununla bağlıdır?
– Bəli. Sizə bir misal çəkim. Ramazan bayramı günlərində müsəlmanlar yeməyi axşam saat doqquzdan sonra yeyirlər. Ona görə də biz çox vaxt məşqə axşam səkkizin yarısında çıxırdıq. Ümumiyyətlə, bu, çətin məqamdır. Avropa statistikası göstərir ki, oruc tutan futbolçular arasında zədəyə meyllilər çox olur. Özü də söhbət ciddi zədələrdən gedir.
– Amma sizin əminliyiniz var ki, həmin futbolçular spirtli içki içmirlər.
– Bilirsiniz, bizim vaxtımızda belə problem yoxdur. Bəlkə də əvvəllər bu hallar olub. Son illər isə oyunçular arasında açıq alkoqolizm meyllərinə rast gəlməmişəm.
- “Qəbələ”yə gəlişiniz necə oldu?
- Kiyev “Dinamo”sundan ayrıldıqdan sonra uzunmüddətli fasilə götürdüm. Əvvəlcə hər şey ürəyimcə idi: istədiyin vaxt yuxudan oyanırsan, heç nə etmirsən. Çox səyahət etdim. İşlərimlə əlaqədar dostlarımla buna qədər stadionda izləmədiyim matçlarda oldum. Məsələn, “Real” – “Barselona” oyununda. Amma getdikcə istirahətdən bezirdim. Öz işim üçün darıxırdım. Belə bir vaxtda “Qəbələ”nin prezidenti Tale Heydərov mənə zəng vurdu. Mənə əla şərait vəd etdi. Oğlumun mənimlə birgə işləməsinə razılıq verdi. Mən də onun təklifinə “hə” dedim. Halbuki Qətər və Birləşmiş Ərəb Əmirliklərində də işləmək imkanım var idi. Keçmiş SSRİ ölkələrində çalışmaq məni həmişə cəlb edib.
- Bu mövsüm qarşınıza hansı hədəflər qoyulub.
- Məqsəd avrukoboklara düşməkdir. Bunun üçün ən azı üçüncü yeri tutmalıyıq.
- Siz “Qəbələ”nin qəbul etməzdən əvvəl yəqin bu komandanın tarixini öyrənmişdiniz. Ötənlərin məşhur ingilis müdafiəçisi Toni Adams “Qəbələ”ni çalışdırsa da, yalnız altıncı yeri tutmuşdu. Sizin üçün perspektivi olmayacaq işi qəbul etmək həyacanı var idi?
- Yox. Məsələ bundadır ki, komandada köklü dəyişiklik lazım idi. Mən isə bunu həyata keçirdim. Mənimlə doqquz yeni futbolçu gəldi ki, onlardan da yeddisi əsas heyətdə oynayır. Bundan başqa, artıq “Qəbələ”nin oyun problemini öyrənmişəm. Əminəm ki, bunu həll edib mükafat uğrunda mübarizə aparacağıq.
Yeri gəlmişkən, burada ciddi çempionat var. Hazırda lider “Neftçi”dir (müsahibə qəzetin bugünkü sayında dərc olunsa da, ehtimal etmək olar ki, Syominlə söhbət “Neftçi” Premyer Liqada lider olduğu vaxtda aparılıb – red.). Amma başqa güclü komandalar da var. Məsələn, “Qarabağ”. Azərbaycan çempionatı inkişaf edir. Vaxt gələcək, burada işləmək üçün məşqçilər növbəyə duracaq.
– Azərbaycan Premyer Liqası ilə Rusiya çempionatını müqayisə etmək olar?
– Bu müqayisə mənasız olar. Mənim fikrimcə, Rusiya çempionatı Avropadakı beş ən güclü çempionatdan biridir. Azərbaycanda dörd komanda var ki, onlar Rusiyada 10-11-ci yerlər uğrunda yarışa bilər: “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”.
– Tale Heydərov haqda nə deyə bilərsiniz?
– O, futbolu çox sevir. İngiltərə Premyer Liqasını yaxşı bilir və istəyir ki, Azərbaycanda da futbol Britaniya standartlarına uyğun inkişaf etsin. Qəbələ kiçik şəhərdir. Amma baxın görün, uşaqlar burada futbola getməkdən, akademiyanın meydançasında futbolla məşğul olmaqdan necə sevinirlər. Keyfiyyətli futbolçu yetişdirmək asan deyil. Amma əgər yaxşı şərait və məçqçi olsa, bunu etmək mümkündür. Bundan başqa, Azərbaycanda maraqlı limit var: meydandan hökmən 19 yaşlı (əslində 21 yaşadək – red.) bir yerli futbolçu olmalıdır. “Qəbələ”ni sifariş ərizəsində isə 17 yaşlı futbolçu var. O, akademiyamızın yetirməsidir. Biz onu tədricən əsas heyətə buraxırıq.
– Tale Heydərovla tez-tez danışırsınız?
– Az-az. Əsasən vitse-prezidentlə (Fariz Nəcəfov nəzərdə tutulur – red.) ünsiyyətdə oluruq. Heydərov çox məşğul olur. Amma bizim bütün oyunlarımıza baxır.
- Sizə gözlədiyiniz bir sual verəcəyik. Hər halda “Qəbələ”yə getməyinizdə ən çox nə rol oynadı? Səbəb puldadır, yoxsa?
– Mənim kredom sadədir: məşqçi işləməlidir. O, ekstremal vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır. Əgər uzun müddət işsiz qalsan, bu vacib amil də itə bilər. “Qəbələ”yə gəlməyim geri doğru addım idimi? Bunu bizim nəticələr göstərəcək. Amma mənim üçün geriyə addım ümumiyyətlə işləməməkdir. İş olmayanda istənilən insanda deqredasiya ola bilər.
- Belə kiçik şəhərdə böyük futbol klubu yaratmaq realdır?
- Məncə, hə. “Qəbələ”nin artıq əla infrastrukturu var. Bu isə çox vacibdir. Bundan başqa, tarixdə kiçik şəhəri təmsil edən komandaların çempion olduğu vaxtlar olub.
- Hazırkı “Qəbələ”ni siz kompekləşdirmisiniz?
– Hə. Əlbəttə ki, Azərbaycan futbolundakı müəyyən adamlarla məsləhətləşdim, amma oyunçuların əksəriyyətini komandaya özüm gətirdim. Özü də futbolçuların çoxu “Qəbələ”yə pulsuz başa gəldi. Çünki onların klubları ilə müqavilə bitmişdi.
– Komandanıza rusiyalı futbolçular dəvət etmək istədiniz?
– İstək var idi. Amma başa düşmək lazımdır ki, keyfiyyətli futbolçu Rusiyada Azərbaycandakından daha çox qazanır. Ona görə də rusları bura cəlb etmək çətindir.
– Dmitri Sıçevi gətirmək fikrinə düşməmisiniz?
– Məncə, ona əvvəlki səviyyəsinə qayıtmaq çətin olacaq. O, müəyyən müddət elitada oynaya bilər.
– Bussuf və Diarra haqda nə deyə bilərsiniz?
– Siz nə danışırsınız? Bu, artıq başqa maliyyə səviyyəsidir. Ümumiyyətlə, siz deyin, 29 yaşlı futbolçuya (söhbət Bussufdan gedir – red.) 15 milyon avro verməyin mənası varmı? Mən yaşı 30-a çatan oyunçuya bu qədər pul vermərəm. Məgər, o, mövsümdə 20 qol vurur?
– “Qəbələ”nin bir neçə oyunçusu Azərbaycan millisinə cəlb olunub. Rusiyanın seçmə mərhələnin son oyununda qarşılaşacağı Azərbaycan millisi haqda fikirləriniz necədir?
- Məncə, Rusiyanın bundan sonra qrupda oynayacağı rəqiblər arasında Azərbaycan ən çətinidir. Həm də seçmə mərhələdə hər şey baş verə bilər. Kim fikirləşərdi ki, Kapellonun komandası Şimali İrlandiyaya uduzacaq?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
-
15:02
Voleybol millimiz Latviya və Belarus ilə qarşılaşacaq
-
14:46
ÇL-də pley-offun püşkü atıldı
-
13:57
Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
-
13:23
Avropa Kubokunda 13 cüdoçumuz iştirak edəcək
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
12:00
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibləri azaldı
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
-
09:13
"Qarabağ" ciddi itki ilə üzləşdi
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
03.08.2026
02.08.2026
01.08.2026
























