12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Tərlan Əhmədov: “Çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”

“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün, əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya bölgəsində Slovakiya “Zemplin"i ilə 1:1 hesablı heç-heçə etdikləri son yoxlama oyunundan sonra klubun Feysbuk səhifəsinə deyib.

“Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin, Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi.

Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”, - deyə o bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31