Ölkə futbolu
Nazim Süleymanovun qurumundan ittiham: AFFA otelə “yağış yağdırıb”?
Bu gün Nazim Süleymanovun yaratdığı Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının keçirməsini nəzərdə tutduğu mətbuat konfransı baş tutmayıb.
Futbolxeber.az saytının məlumatına görə, tədbir son anda təxirə salınıb. Nazim Süleymanov jurnalistlərə deyib ki, otelin rəhbərliyi texniki səbəblərlə əlaqədar tədbirin keçirilməsinin mümkün olmayacağını bildirib. Lakin N.Süleymanov problemin yaranmasında AFFA-nın rolu olduğunu deyib.

Qurumun nümayəndəsi Anar Xanlarov isə qol.az-a deyib ki, oteldən onlara konfrans salonuna su damdığını deyiblər: “Amma biz belə bir şey müşahidə etmədik. Bizə elə gəlir ki, otelə AFFA tərəfdən təzyiq olub. Əvvəlcədən razılıq olmuşdu. Otelə beh də vermişdik. Hazırda konfransında başqa oteldə keçirilməsi üçün danışıqlar gedir”.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla futbolpress.az-a açıqlamasında bildirib ki, AFFA-nın tədbirin keçirilməsi nəzərdə tutulan “Altus” oteli ilə heç bir əlaqəsi yoxdur:
“Əvvəla qeyd edim ki, bu təşkilatın adında AFFA-nın adından istifadə edilməsinin heç bir hüquqi əsası yoxdu. Biz daha əvvəl də rəsmi sayt vasitəsilə mövqeyimizi ifadə etmişdik. Yenidən eyni məsələlərə qayıtmaq istəmirəm. Konkret bugünkü tədbirə gəlincə, mən məsələni sosial şəbəkədən öyrəndim. Adıçəkilən otelin AFFA ilə heç bir əlaqəsi yoxdu. Bizim idarəçiliyimizdə olan hər hansı inzibati binada keçirilsəydi, o zaman AFFA-nın adını çəkə bilərdilər. İndiki halda bunun assosiasiya ilə heç bir əlaqəsi yoxdu. Digər tərəfdən, Nazim Süleymanov Azərbaycanın ən tanınmış futbolçularından biri olub, məşqçi kimi yığma komandalarımızda fəaliyyət göstərib, heç vaxt arada hər hansı narazılıq, problem olmayıb. Əgər o müraciət etsəydi ki, biz tədbir keçirmək istəyirik, yer problemimizi həll edin, AFFA bundan imtina etməyəcəkdi. Federasiyanın idarəçiliyində olan hər hansı binada və ya stadionda biz onlara yer verərdik. Ancaq təbii ki, Həmkarlar İttifaqının adında AFFA-nın işlədilməməsi şərtiylə”.

Nazim Süleymanov hələ Həmkərlar İttifaqnın təsis konfransında AFFA-ya müraciət edəcəklərini, federasiyadan yer istəyəcəklərini bildirmişdi. Maraqlıdı, İttifaqdan AFFA-ya hər hansı müraciət olubmu?
“Həmin konfransdan bir müddət sonra AFFA prezidentinə məktub ünvanlanmışdı. Mətni dəqiq xatırlamıram, ölkə futbolundakı ümumi məsələlərdən bəhs edilirdi və səhv etmirəmsə, orda yer məsələsi də qeyd olunmuşdu. Ancaq bir şey də var ki, buna qədər AFFA-nın baş katibi Elxan Məmmədovla Nazim Süleymanovun görüşü olmuşdu. Orda deyilmişdi ki, əgər bir təşkilat yaradılırsa və AFFA-dan dəstək istənirsə, rəsmi qaydada müraciət edilsin, sənədlər təqdim olunsun. Bu, protokol qayda ilə belədi. Ancaq nə o zaman, nə də daha sonra hər hansı sənəd təqdim edildi. Səhv etmirəmsə, buyaxınlarda Nazim Süleymanov mətbuata açıqlamasında bildirib ki, biz niyə AFFA-ya sənəd təqdim etməliyik ki? Belə bir paradoksal vəziyyət yaranıb”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























