21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

“Qəbələ” 9-cu günü 2 məşqlə tamamladı

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb.

Məşqdən öncə komandanın çalışdırıcısı Elmar Baxşıyev futbolçular önündə 20 Yanvar faciəsi haqda çıxış edərək onları məlumatlandırıb. Ardınca Qanlı Yanvar gecəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla anılıb.

“Qırmızı-qaralar”ın hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31