Ölkə futbolu
Elxan Məmmədov: “AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir”
AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbədənkənar Konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, assosiasiya rəsmisi ilk olaraq Nizamnaməyə edilən dəyişikliklər haqqında danışıb:
- Bu il növbədənkənar Konfrans təşkil olundu. Daha sonra İcraiyyə Komitəsi (İK) keçirildi. Növbəti konfrans yanvarın 28-də baş tutacaq. Milli komandanın baş məşqçi məsələsi də müzakirə edildi. Həmin vaxtadək namizədlər siyahısı yeni İcraiyyə Komitəsi üzvlərinə təqdim edilməlidir.
- Dəyişikliklər nəyə hesablanıb?
- İlk növbədə Nizamnaməni təkmilləşdirmək istədik. Bir sıra Komitə ləğv olundu. Əvvəlki Nizamnamədə bir sıra Komitənin fəaliyyəti nəzərdə tutulmuşdu. Onlar ləğv edildi. Ehtiyac olsa, İK yenilərini yaradacaq. İK üzvlərinin sayı artdı. Bu praktika beynəlxalq futbol qurumlarında da tətbiq edildi. Belə olan halda vitse-prezidentlərin sayını da artırmağa zərurət duyuldu. Birinci vitse-prezident postu ləğv edildi. İcraçı vitse-prezident və 3 vitse-prezident vəzifəsi tətbiq olunacaq. Baş katib də öz vəzifəsini icra edəcək.
- İK-nın yeni üzvləri nə vaxt məlum olacaq?
- Sabahdan etibarən namizədliklər irəli sürülə bilər. Yanvarın 28-də yeni İK üzvləri seçiləcək. Daha sonra AFFA prezidenti seçiləcək. Vitse-prezidentlərin təyinatı isə AFFA prezidentinin səlahiyyətindədir.
- İK-dan istefa verən oldumu?
- Xeyr, belə bir müraciət olmayıb. Yanvarın 28-də İK üzvlərinin səlahiyyət müddəti onsuz da başa çatır.
- Kuluarlarda belə bir söz-söhbət gəzir ki, icraçı vitse-prezident postuna gələrək, bütün səlahiyyətləri əlinizə alacaqsınız...
- Kuluarlara çox da inanmayın. AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir. Bundan sonra AFFA prezidenti gəlir.
- Martın sonunda millimiz Malta ilə yoxlama görüşü keçirəcək. Həmin vaxtadək millimizin baş məşqçisi məsələsi həllini tapacaqmı?
- Buna ümid edirik. Biz martda Malta ilə səfərdə yoxlama oyunu keçirməklə yanaşı, daha bir matç planlaşdırırıq. Bu, Latviya yığmasıdır. Həmin oyunu da Maltada keçirməyi düşünürük. Bundan əlavə, mayda Türkiyə ilə qarşılaşacağıq. Bir də Uels Futbol Federasiyası bizə müraciət edib. Onlar Avropa çempionatına hazırlıq çərçivəsində son oyunlarını bizimlə keçirmək istəyirlər. Çünki qrup oyunlarının ikisini Bakıda keçirəcəklər. Elə bu səbəbdən də bizimlə burada oynamaq istəyirlər.
- Niyə Hesabat-Seçki Konfransı martda yox, yanvarda baş tutacaq?
- Bu Konfrans yanvar-mart aylarında planlaşdırılmışdı. Bilirsiniz ki, Konfransın mayda keçiriləcəyinə dair şayiələr dolaşırdı və gördüyünüz kimi, bu, öz təsdiqini tapmadı. Qarşıdan Avropa Çempionatı gəlir. Biz də seçkini yanvara saldıq ki, daha sonra bütün diqqətimizi Bakıda baş tutacaq Avropa çempionatı oyunlarına yönəldək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
03.11.2026
02.11.2026
01.11.2026
























