10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Sabah"ın yeni baş məşqçisi: “Azərbaycan barədə çox şey bilmirdim”

"Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəmiz, kluba keçidi və gələcək hədəfləri barədə danışıb:

“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim. Çünki son mövsümdə BƏƏ-nin “Əl-Əyn” komandasında köməkçi məşqçi kimi çalışırdım və bu komanda ilə klubun tarixində ilk dəfə ölkə çempionluğunu və kubokunu qazanmışdıq.

Növbəti il isə bu klubun U-21 komandası ilə 7 illik fasilədən sonra ilk çempionluğu qazandıq. Ən əsası isə U-21-in 5 futbolçusu əsas komanda ilə müqavilə bağladı.

Daha sonra “Sabah”dan təklif gəldi. Azərbaycan barədə çox şey bilmirdim. Ancaq bura gəldikdən sonra qısa müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, bura gözəl və sakit ölkədi. Buranın əhalisi çox yaxşı və mehribandır.

“Sabah” gənc klub olmasına baxmayaraq, Azərbaycanın yüksək liqasında mübarizə aparır. Prezidentlə söhbətdən sonra klubun gənc futbolçularla bağlı gələcək planları, həmçinin Premyer Liqadakı hədəfləri məni cəlb etdi. Komanda keçən mövsümü 7-ci pillədə başa vurub. Bizim əsas hədəfimiz daha yaxşı nəticələr əldə etməkdir. 

“Sabah” kimi gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdır. Klubun inkişafı üçün birlikdə mübarizə aparacağıq. Uğur üçün bütün diqqətimizi yaşıl meydana yönəltməli, gələcək oyunlarımıza köklənməliyik. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edər və qələbə sevinci yaşayarıq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31