6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

Ramazanovdan bir qol, iki yubiley

Azərbaycan Premyer Liqasının VII turu “Səbail”in futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, I dövrənin son turunun “Neftçi” ilə qarşılaşmasında (1:2) komandasının təsəlli qoluna imza atan hücumçu ikiqat yubiley qeyd edib.

Bu top Ağabalanın Premyer Liqada 25-ci qolu olub. İlk dəfə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt 2013-cü il fevralın 11-də “İnter”lə (indiki “Keşlə”) ev oyununda (2:3) qol sevinci yaşayan Ağabala ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 114-cü futbolçu olub.

O, qollarından 6-nı “Xəzər Lənkəran” (2012/13 - 1, 2013/14 - 1, 2014/15 - 4), 5-ni “Sumqayıt” (2015/16), 4-nü “Keşlə”nin (2016/17) heyətində vurub.

“Səbail”in Premyer Liqadakı ən yaxşı bombardiri indiki komandasında yubiley - 10-cu qoluna imza atıb. Ötən mövsüm 7 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirən Ağabala cari çempionatda 3-cü dəfə fərqlənib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30