Ölkə futbolu
Aftandil Hacıyevlə Ayxan Abbasovun “Qarabağ” sevgisi (QEYD)
“Neftçi” - “Sumqayıt” oyunu təkcə meydanda yaşanan dava-dalaşla deyil, həm də oyunsonrası mətbuat konfranslarında səslənən fikirlərlə yadda qaldı. Media önünə ilk çıxan Ayxan Abbasov rəqib komandanın baş məşqçisi Roberto Bordin və matçdakı insidentin əsas səbəbkarlarından olan Anton Krivotsyuk haqda kifayət qədər sərt ifadələr səsləndirdi. Rəqib futbolçu və baş məşqçi barədə dedikləri ilə yanaşı, “Sumqayıt”ın baş məşqçisinin bir açıqlaması da diqqət çəkdi: “Getsinlər, “Qarabağ”la prinsip aparsınlar”.
Əlbəttə, hamımız bilirik ki, “Qarabağ” hazırda son illərin ölkə çempionudur, eləcə də ardıcıl 6 dəfə avrokubokların qrup mərhələsində mübarizə aparacaq. Amma bir məşqçinin “Neftçi” ilə oyundan sonra “Qarabağ”ı nümunə çəkməsi nə dərəcədə doğrudur? Məsələn, siz tutaq ki, “Spartak”la oyundan sonra “Krılya Sovetov”un baş məşqçisinin Moskva klubuna xitabən “getsinlər “Zenit”lə mübarizə aparsınlar” kimi fikrinə rast gəlmisiz? Rusiya, Türkiyə, İtaliya, İspaniya, İngiltərə və digər ölkələrin çempionatlarını izləməklə yanaşı, həm də məşqçilərin, futbolçuların oyunöncəsi və oyunsonrası fikilərini oxuyuruq. Rəqibə hörmət başqa şeydi.
Bəli, Ayxan Abbasov futbolçu kimi “Qarabağ”ın formasını geyib. Ağdam klubuna sevgisi digər klublarla müqayisədə daha çox ola bilər. Amma bir komandanın baş məşqçisi çempionatdakı bütün rəqiblərə eyni gözlə baxmalıdır. Görəsən, eyni halda “Qarabağ”la oyunda yaşansaydı, Ayxan Abbasov Ağdam klubuna “getsinlər “Neftçi”yə güclərini göstərsinlər” mesajını verərdi? Heç inandırıcı deyil.
Ayxan Abbasov Aftandil Hacıyevlə müqayisədə “toya getməlidir”. Ayxan Abbasov kimi Aftandil Hacıyev də vaxtı ilə futbolçu kimi Ağdam klubunun şərəfini qoruyub. Amma “Səbail”in baş məşqçisi hər fürsətdə sanki “Qarabağ”ı tərifləməyə məqam axtarır.
Diqqət edək. “Sumqayıt”la oyundan sonra “Səbail”in çalışdırıcısı növbəti turda qarşılaşacaqları “Qarabağ”la bağlı “Onlar digər komandalardan 5 baş üstündü” fikrini səsləndirir. Oyundan öncə belə bir açıqlama hansı məntiqə sığır? Meydana çıxmamışdan öncə rəqibi öz komandası da daxil bütün rəqiblərdən 5 baş üstün görən məşqçi futbolçularını oyuna necə motivasiya edəcək? Fikrimizcə, oyundan öncə rəqibi özündən 5 baş üstün görən məşqçi həqiqətən də ötən il özünün dediyi kimi, 3 xalı yalnız Allahın sayəsində qazana bilər. Elə Bayıldakı 90 dəqiqə də göstərdi ki, oyundan öncə rəqibi özündən 5 baş üstün görən məşqçi komandasını “Qarabağ”la oyuna heç cür hazırlaya bilməyib - 0:4. Aftandil Hacıyevin oyundan əvvəl və sonra səsləndirdiyi fikirlər arasındakı yeganə fərq “5 baş”ın “xeyli” ilə əvəzlənməsi oldu: “Qarabağ” digər komandalardan xeyli üstündür”.
Geridə qalan 3 tur ərzində Ayxan Abbasovla Aftandil Hacıyev kimi “Zirə”nin baş məşqçisi Samir Abasov da “Qarabağ”ın gücünə toxunub. Lakin digər iki həmkarından fərqli olaraq Samir bəyin açıqlamasını məntiqli saymaq olar: “Hamı bilir ki, çempionluğa ən birinci namizəd "Qarabağ"dır, sonra da "Neftçi".
Göründüyü kimi, Samir Abasov “Qarabağ”ı komandasından 5 baş üstün görmür, eləcə “Neftçi”yə gücünü “Zirə”yə deyil, Ağdam klubuna göstərməyi məsləhət bilmir.
Digər maraqlı bir məqam ondan ibarətdir ki, geridə qalan 3 tur ərzində “Qarabağ”ın “Səbail”dən başqa qarşılaşdığı “Keşlə” və “Qəbələ”nin baş məşqçiləri nə Ağdam klubu ilə oyundan əvvəl, nə də sonra ağlaşma qurmayıblar.
“Səbail” kimi “Keşlə” də, “Qəbələ” də “Qarabağ”a uduzsalar da, Tərlan Əhmədov və Sənan Qurbanov Qurban Qurbanovun komandasını özlərindən 5 baş üstün görməyiblər. Belə çıxır ki, ya Tərlan Əhmədovla Sənan Qurbanov “Qarabağ”ı Aftandil Hacıyev kimi özlərindən 5 baş üstün görmürlər, ya da “Qarabağ” sevgisi onların gözünü rəqibin şəninə tərif yağdıracaq qədər bağlamayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























