30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

"Sabah" Gürcüstanda birinci oldu

“Sabah”ın U-14 komandası Gürcüstanın Martvili şəhərində keçirilən “Future Cup”da iştirak edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Elnur Zeynalovun komandası ilk oyunda Batumi “Dinamo”su ilə qarşılaşıb. Görüş azərbaycanlı futbolçuların 8:0 hesablı qələbəsi ilə nəticələnib.

Növbəti görüşdə təmsilçimiz Tiflis “Dinamo”su ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Ardınca “Martve Kutaisi” komandasını 2:0 (qollara Niyazi Osmanov və Mirhafiz Talışzadə imza atıblar) məğlub edən U-14 yarımfinala yüksəlib.

Yarımfinalda “Baia Zuqdidi”ni minimal hesabla üstələyən “Sabah” həlledici görüşə vəsiqə qazanıb. Komandanı finala daşıyan qolu Niyazi Osmanov vurub.

Finalda rəqib Tiflis “Dinamo”su olub. 3:0 hesabıyla qalib gələn “Sabah” turniri qalib başa vurub.

“Sabah”ın üzvləri turnirin təşkilatçıları tərəfindən bir neçə sahədə ən yaxşı adına layiq görülüblər.

F.Mehtizadə turnirin ən yaxşı qapıçısı, N.Hüseynbalayev ən yaxşı müdafiəçisi, N.Osmanov isə ən yaxşı oyunçusu seçilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31