21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

“Sumqayıt”ın müdafiəçisi 300-ə çatdı

Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, kapitan ölkə çempionatlarında 300-cü oyununu keçirib.

“Qəbələ” ilə səfər matçında yubiley qeyd edən təcrübəli müdafiəçi bu müddətdə 8 qol vurub. Karyerasına 2005/2006 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 dəfə fərqlənib. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 qola imza atıb. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Vurğun Hüseynov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçudur.

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30