4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qarabağ”a qol vuran müdafiəçi: “Azərbaycana qələbə üçün gedəcəyik”

“Bir qol bizə daha yaxşı ümid verir. Bu, gözlədiyimizdən tamamilə fərqli bir nəticədir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in müdafiəçisi Georgos Merkis Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra eyib.

Komandasının yeganə qolunu vuran kiprli futbolçu klubun rəsmi saytına açıqlamasında evdə 1:2 hesabı ilə uduzduqları matçı şərh edib. Bildirib ki, adi epizodlarda etdikləri səhvlər ucbatından məğlub olublar: "İlk yarıda çox yaxşı idik. Qol şanslarını əldən verdik. Rəqib hesabı açdıqdan sonra buna cavab verməyə çalışsaq da, yenə də qol vurdular. Bəzən tələsirdik və bu üzdən bəsit səhvlər buraxırdıq. Azərbaycana qələbə ilə qayıtmaq üçün gedəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31