7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Arşavin: "Nəticə qanunauyğundur, "Neftçi" matçı daha yaxşı keçirdi”

"Nəticə qanunauyğundur. "Neftçi" matçı daha yaxşı keçirdi, "Arsenal"ın isə oyunu alınmadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rusiyanın millisinin sabiq üzvü Andrey Arşavin Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Arsenal" (Tula) - "Neftçi" oyunundan (0:1) sonra "Mtç TV" kanalına açıqlamasında deyib.

38 yaşlı veteran hücumçu "Neftçi"nin layiqli qələbə qazandığını bildirib: "Neftçi" Rusiya Premyer Liqasında 6-16-cı yerlər arasında istənilən pillədə qərarlaşa bilər. "Arsenal"ın tam gücünü daha sonra biləcəyik, ancaq ilk növbədə "Neftçi"ni keçmək lazımdır. Azərbaycanlılar daha yaxşı hücum etdilər. Zərbə lazım olanda zərbə vurdular, ötürmə lazım olan epizodlarda ötürmə verdilər. "Arsenal"ın heyətində Kanqvanın oynaması daha yaxşı olardı. Xatırlayıram ki, Azərbaycan millisinə qarşı çıxış etdiyim zaman onlar sərt futbol göstərirdilər".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31