Ölkə futbolu
Fariz Nəcəfov: “İşimizi biznes layihəyə çevirmişik”
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “qırmızı-qaralar”ın öz meydanında Gürcüstanın “Dinamo” klubuna uduzduğu (0:2) Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Sizcə, məğlubiyyətin səbəbi nə oldu?
- Səbəb birmənalı olaraq komandanın yeni qurulmasıdır. Əsas heyətdə ötən mövsüm də oynayan, səhv etmirəmsə, cəmi iki futbolçu var idi. Tam gənc və yenilənmiş komandadır. İnanıram ki, zamanla daha yaxşı oyunlarımız olacaq.
- Matçdan əvvəl qələbəyə inam var idi?
- İnam həmişə var. Matçdan əvvəl də komanda ilə danışmışdıq ki, sona kimi mübarizə aparmaq lazımdır. Təəssüf ki, gücümüz buna yetdi.
- Belə bir fikir var ki, keçənilki komanda bu rəqibə asanlıqla qalib gələrdi.
- Bunu bilmək olmur. Ancaq sözsüz ki, keçənilki komanda daha güclü idi. Bir daha vurğulamaq istəyirəm ki, tam yeni və əsasən gənclərdən qurulmuş komandadır. Başqa bəhanə axtarmaq istəmirəm.
- Bu nəticədən sonra demək olarmı ki, “Qəbələ” üçün avrokubok mövsümü bitdi?
- Mən proqnoz verməyi xoşlamıram. Ancaq bu oyunumuza görə səfərdə belə məğlubiyyətin əvəzini çıxmaq çətin görünür. Ehtiyatda oyunçumuz azdır. Oyunu dəyişə biləcək qüvvəmiz yoxdur.
- “Qəbələ”nin strategiyanı birdən belə dəyişməsinin əsas səbəbi nə oldu?
- Buna səbəb büdcənin aşağı düşməsidir. Büdcənin azalması ilə yalnız belə strategiya seçmək olardı. Bu da gözlənilməz bir şey deyildi. Əvvəldən bilirdik ki, büdcədə azalma olacaq və daha çox yerli gəncləri oynatmalıyıq.
- Bu komanda çempionatda nəyə nail ola bilər?
- Daha yaxşı oyun və nəticələr gözləyirəm. Bir qədər zamana ehtiyac var. Gənc və perspektivli futbolçularımızın özlərini daha yaxşı göstərəcəyinə inanıram.
- Keçən il komandanın aparıcı futbolçusu olanlardan heç olmasa 1-2-ni saxlamaq olmazdı? Məsələn, Adeniyini...
- Bu barədə çox söhbətlər gedir. Mən sizə tam səmimi deyirəm. Büdcəmiz nəyə imkan veribsə, ondan maksimum istifadə edib, bu komandanı düzəltmişik. Adeniyinin maaşı çox yüksək idi. Biz onu satmışıq və o puldan yeni futbolçu gətirmişik. Bugünkü komandanı yaratmaq üçün tam futbol prinsipləri çərçivəsində biznes qurmuşuq. Belə deyək, bir futbolçunu göndərib, yerinə ikisini gətirmişik.
- “Qəbələ” həmişə iddialı komanda olub. İndiki durum prezident kimi sizə üzücü gəlmir?
- Əlbəttə. Hamı istəyir ki, güclü, iddialı “Qəbələ” olsun. Həm çempionatda uğurlu çıxış etsin, həm avrokubokda bizi yaxşı təmsil etsin. Ancaq indi tutduğumuz strategiyadan rahatam. Artıq neçə illərdir akademiyada yetişdirdiyimiz futbolçuların bəhrəsini görməyə çalışırıq. Bir neçə yetirməmizi xarici komandalara göndərmişik. Onlardan da gözləntimiz var ki, daha baha satılarlar. Biz işimizi biznes layihəyə çevirmişik. Nə dərəcədə alınacağını görəcəyik.
- Adətən Azərbaycanda bu strategiyaya keçən klublar sonradan dağılırlar. “Qəbələ”ni bu təhlükə gözləmir?
- Çox çətin sualdır. İnanmıram ki, klub tam dağılsın. Belə bir gözləntim yoxdur. Bu haqda fikirləşmək də mənim üçün çox ağırdır. Belə bir infrastruktur, akademiyanın dağılması faciəvi olar. Mənim üçün istisna bir hal olar. İnanmıram belə şey olsun. Komandanın yaşaması üçün nə lazımdısa, mən etməyə hazıram.
- Belə bir fikir var ki, illərdir komandanın çempion ola bilməməsiylə Tale Heydərov futboldan küsdü. Siz ona yaxın adamsız, belə bir şey var idimi?
- Xeyr.
- Komandadan diqqətini çəkməyib ki?
- Qətiyyən. Bu oyunla bağlı da epizodlar barədə yazırdı. Diqqəti klubdadır. Necə ola bilər ki, illər ərzində qurduğun bir şeydən birdən diqqətini çəkəsən...
- Gələcəkdə “Qəbələ”nin yenidən iddialı olmasına ümid varmı?
- Təbii ki, var. Bununla yekunlaşdırmaq olmaz. Tale müəllim klubu yaratdı, maliyyə ayırdı, ancaq o demək deyildi ki, həmişə eyni cür davam edəcək. Əvvəl büdcə yuxarı idi, ona uyğun da komanda var idi. İndi çalışırıq ki, az büdcə ilə yaxşı iş görək. Gələcəkdə daha yaxşı ola bilər.
- Əvəzedici komanda I Divizionda oynayacaq? Olmasa, klubu 100 min manat cərimə gözləyir ...
- Mən bu barədə Elxan Məmmədovla da danışdım. Bizim əvəzedici komandada demək olar ki, futbolçu yoxdur. U-17-lər bu il U-19-dadır. U-19-ların bir hissəsi əsas komandada, yarısını da icarəyə vermişik. AFFA-nın bununla bağlı ayırdığı büdcə bölgə komandası üçün azdır. Elxan müəllim dedi ki, “Qəbələ”nin istisna hal kimi qəbul edilməsi ilə bağlı bu məsələyə baxılacaq. Lazım olan büdcə yaransa, iştirak edəcəyik, əks halda yox (sport24.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
25.09.2026
24.09.2026
























