12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Udineze”nin qapıçısına “Qarabağ”dan təklif

“Qarabağ" "Udineze"nin qapıçısı Simone Skuffet transfer etmək istəyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri yazıb.

Bildirilir ki, Ağdam klubu italiyalı qolkiper üçün artıq təklif göndərib. "Kasımpaşa"dan altı aylıq icarədən qayıdan 23 yaşlı qapıçının "Qarabağ"a keçə biləcəyi vurğulanıb.

Onun Azərbaycan təmsilçisinin təklifini düşündüyü və yaxın günlərdə qərarını verəcəyi bildirilib.

Məlumata görə, “Udineze” Skuffet üçün yeni klub axtarışındadır. O, komanda yoldaşları olan argentinalı Musso və brazilyalı Andradeyə rəqabətdə uduzur.

Əlavə edək ki, Skuffet İtaliya U-21 millisinin qapıçısı olub.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31