Ölkə futbolu
“Səbail”in fəaliyyətini dayandırması barədə deyilənlərin heç bir əsası yoxdur”
“Ötən gündən etibarən bəzi mətbu orqanlarda guya “Səbail” klubunun fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadır. Hesab edirəm ki, bütün bunlara aydınlıq gətirilməsi vacibdir".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Səbail"in icraçı direktoru Ramin Həsənov deyib. O bildirib ki, iyulun 22-də klubdaxili iclasın keçirilməsində qeyri-adilik axtarmağa gərək yoxdur: "Çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, digər cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində bu cür halların yaşanacağı istisna olunmur. Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq".
Həsənov "Səbail"in dağılması və ya fəaliyyətini dayandırması barədə xəbərləri əsassız adlandırıb: "Ötən gündən bəri yayılmış söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məşqçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. Çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır. Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdur".
Bununla yanaşı, klub rəsmisi uzunmüddətli strateji məqsədlər üçün çalışmalarının gərəkliyini diqqətə çatdırıb: “Səbail” böyük tarixə malik klub olmasa da, qısa fəaliyyət müddəti ərzində müəyyən nəticələrə nail olmağı bacarıb. “Səbail”in ötən mövsüm bürünc medal qazanması və Avropa Liqasına vəsiqəni təmin etməsi kifayət qədər uğurlu nəticədir. Amma bu müvəffəqiyyət başgicəlləndirici effekt yaratmamalı, bizi eyforiyaya salmamalıdır. Uzunmüddətli strateji məqsədlər uğrunda çalışmağımız daha doğru olardı. Klubumuzda çox yaxşı uşaq-gənclər akademiyasının yaradılması istiqamətində işlər görülür. Böyük təcrübəyə malik hollandiyalı mütəxəssis akademiyanın fəaliyyətinə rəhbərlik edir. Yəni, əsas məqsədlərimizdən biri “Səbail” futbol akademiyasının müasir tələblər və standartlar əsasında fəaliyyətini təmin etməkdir. Digər vacib məsələ Premyer Liqada rəqabətədavamlı kollektivin olmasıdır. Düşünürəm ki, bu potensialımız da var. Üçüncü vacib istiqamət isə “Səbail”in əsas komandasının heyətində yerli və gənc futbolçuların çıxışına daha çox şəraitin yaradılmasıdır. Bununla, eyni zamanda, Azərbaycan milli komandalarının heyətinə cəlb olunacaq futbolçularla bağlı seçim imkanını genişləndirə bilərik. Bir faktı qeyd edim ki, UEFA Avropa Liqasında keçiridiyimiz hər iki oyunda start heyətində yerli futbolçuların sayı legionerlərdən çox olub. Bakıdakı oyunda “ilk 11-lik”də 6, səfər qarşılaşmasında isə 7 yerli futbolçu meydana çıxıb. Bu, bizi çox sevindirir. Əlbəttə, bütün bu proseslərdə legioner futbolçuların da öz yeri və payı olacaq. Lakin gələcəyə hesablanmış strategiyamıza uyğun olaraq, legioner futbolçuların sayının çox olmasını planlaşdırmırıq. Heç indi də “Səbail”in heyətində legionerləin sayı çox deyil".
İcraçı direktor “Səbail” uzunmüddətli strateji yanaşma olaraq 3 əsas istiqamət üzrə fəaliyyətini davam etdirəcəyini və qarşıdakı hədəflərə çata biləcəklərinə ümidvar olduğunu vurğulayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























