Ölkə futbolu
Qurban Qurbanov: “Həmişə məni narahat edən odur ki...”
"İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, aqressiv müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Sürətli əks-hücumlar qura bilirlər".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə cavab oyunu öncəsi bu gün keçirdiyi mətbuat konfransında deyib.
- “Partizani” bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Azarkeşlərimizi sevindirmək istəyirik.
- “Qarabağ” avrokuboklarda kifayət qədər təcrübəli sayılır. Bu amil sizin üçün üstünlükdür?
- Bəli, təcrübəmiz var. Bu, hardasa üstünlükdür. Ancaq həmişə məni narahat edən odur ki, uğurlardan sonra komandada hansısa turnirdə uğursuzluq baş verir. İstənilən halda, təcrübə bizə kömək etməlidir. Digər tərəfdən, doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Təcrübə və səbr bizim uğur qazanmağımıza kömək olmalıdır.
- Matçın öyrəşmədiyiniz “Dalğa Arena”da olması çətinlik yaratmayacaq?
- Bu mövzu haqda çox danışmaq olar. Ancaq istəməzdim ki, fikirlər buna yönəlsin. Neçə ildir öz stadionumuzda oynaya bilmirik. Eyni meydanda oynamaq futbolçulara daha çox sərbəstlik gətirir. Bundan başqa, azarkeşlər də “Tofiq Bəhramov”a öyrəşib. Ancaq son illərdə bizim üçün uyğun olmayan hallar olur. Bu da bizə mənfi təsir göstərir, rəqibə isə üstünlük yaradır. Ancaq doğma Bakımızda oynayacağıq. Hamımız özümüzü oyuna tam hazır etməliyik. Lazım gəlsə, daha aqressiv oynamalıyıq.
- Albaniya mətbuatı yazır ki, rəqib penaltilər seriyasına hazırlaşır...
- Belə hallar olur. Hər komanda buna hazır olmalıdır. Ancaq futbolçulara bu haqda danışmamışam. Onlara oyunun vacibliyini anlatmışam. Penaltiləri düşünməsək, daha yaxşıdır. Ancaq buna da hazır planımız var.
- Geryenin gedişi qalmaqallı oldu. Əvvəlcə dedilər ki, razılıq var, sonra məşqlərə gəlmədi. Daha sonra isə bildirdi ki, pul istədim, vermədilər deyə gəlmədim...
- Klub bu haqda məlumat yayıb. Qısaca deyim ki, Donald hətta burdan gedərkən biz razılaşmışdıq. Sonradan danışıqlar davam etdi. Gəlmək vaxtını da razılaşdırmışdıq. Sonda o, həmin müddətdə komandaya qoşulmadı. Beləcə, yollarımızı ayırdıq. Ona uğurlar arzuladıq. Öz adımdan da ona təşəkkür edirəm.
- Maliyyə məsələsi olubmu?
- Dərinə getməyə ehtiyac yoxdur. Fikirlərimi bildirdim.
- Müdafiə xəttini kifayət qədər gücləndirdiniz. Hücuma transferlər olacaqmı?
- Romeronu götürmüşük. Əvvəllər də demişdim ki, daim futbolçu axtarırıq. Uyğun gələn oyunçuları komandamıza götürürük. Yeni bir hücumçu ilə danışıqlar gedirdi. Sabah tibbi müayinədən keçəcək və müqavilə bağlanacaq.
- Hücumda oynayan futbolçularınız azdır...
- Təkcə avrokubokları nəzərə almalı deyilik. Çempionatda limit var. Milli komandaya yerli oyunçular verməyə çalışmalıyıq. Limitə görə çempionatda bizə o qədər də asan olmur. Yeni transferdən sonra hücum xəttində heç də say azlığı olmur. Hər mövqedə 2 futbolçumuz var. Ancaq istənilən halda, rəqabətin olmasını istəyirəm. Bu da hələlik alınmır. Maqaye Qeyenin də transferini yekunlaşdırsaq, kifayət edəcək. Bundan sonra da istədiyimiz şərtlərdə futbolçu olsa, komandaya dəvət edəcəyik.
- Ailton Silvanın hazırkı forması necədir? Sabah ilk dəqiqələrdən oynamağa hazırdı?
- Tam optimal formasında deyil. Ancaq ilk dəqiqələrdən oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq, onun əsasında qərar verəcəyik.
- Start heyətində ilk matçla müqayisədə dəyişikliklər gözlənilir?
- Ola bilər. Sabah səhər son qərarı verəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























