1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Bordin: "İtaliyada işləmək istərdim"

"Bir neçə ildir məşqçilik edirəm və əsasən ölkə xaricində çalışıram. Moldovada 2 çempionluq və bir kubok titulum var. "Şerif"lə Avropa Liqasının qrup mərhələsində iştirak etmişik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlamasında deyib.

Bakı klubundakı vəziyyətindən danışan italiyalı mütəxəssis yenidən gələcəkdə ölkəsində işləmək istədiyini gizlətməyib:

"Hazırda "Neftçi"ni çalışdırıram. Əlbəttə, nə vaxtsa İtaliyada işləmək istərdim. Amma indiki məqamda özümü Azərbaycanda xoşbəxt sayıram və burada təcrübəmi artırmaqdan məmnunam".

Qeyd edək ki, Bordin bu mövsümün əvvəlindən "Neftçi"ni çalışdırır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31