Ölkə futbolu
Şeydayev: “İkinci yer uğrunda mübarizə aparacağıq"
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Sovetski sport" nəşrinə geniş müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, gənc forvard həm klub, həm də milli karyerası barədə hədəflərindən danışıb.
- Dünya çempionatının vitse-çempionuna qarşı oynamaq necə hissdi?
- Onlara qarşı pis oynamadıq. Bir epizodda əks-hücumdan xorvatları cəzalandırdıq. Təəssüf ki, yaxın olmağımıza baxmayaraq, heç-heçə edə bilmədik. İstənilən halda Zaqrebdəki oyuna müsbət yanaşmaq olar. Matçın əvvəlində həyəcan var idi. Axı rəqib ulduz futbolçulardan qurulmuş komandadır. Hər şeyini meydanda qoymaq məcburiyyətindəsən. Litva ilə yoxlama görüşünə isə yorğun çıxdıq. Bir neçə qol şansını qaçırdıq və qolsuz bərabərə qaldıq.
- Daha əvvəl Luka Modriçi çox bəyəndiyinizi demişdiniz. Kumirə qarşı oynamaq sizin üçün nə deməkdir?
- Əlbəttə, onunla eyni meydana ayaq basmaq gözəldir. Təsadüfi deyil ki, Modriç keçən il "Qızıl top" qazanıb. Ustalığını oyunda göstərə bilir. Belə bir rəqiblə qarşılaşdığınız zaman idmançı kimi özünüzü inkişaf etdirirsiniz. Bu, əvəzsiz təcrübədir. Yeri gəlmişkən, mən "Real" azarkeşiyəm. Təkcə Modriçə görə deyil. Luka İngiltərədə "Tottenhem"in formasını geyinsə də, orda "Arsenal"a simpatiya bəsləyirəm.
- Xorvatiya sizə çətinliklə qalib gəldikdən sonra Macarıstana uduzdu. Sizcə, Azərbaycan yığmasının qrupdan çıxmaq şansı varmı?
- Fikrimcə, mümkünsüz heç nə yoxdur. Seçmə mərhələdə bir neçə sensasiya, maraqlı oyunlar oldu. Çətin qrupdayıq - Macarıstan Uels, Slovakiya... Ancaq biz ikinci yer uğrunda mübarizə aparacağıq.
- Azərbaycan yığmasını xorvatiyalı Nikola Yurçeviç çalışdırır. Oyunçular klublarına getməmişdən əvvəl o, sizə nə dedi?
- Yaxşı oyuna görə təşəkkür etdi. Həmçinin, iyun ayında Macarıstan və Slovakiya ilə ev oyunlarımızın olduğunu xatırlatdı. Bu matçlar həlledici ola bilər. Bu görüşlərdə maksimum xal toplamaq lazımdı.
- Rusiya Premyer Liqasında Azərbaycan yığmasının yeganə təmsilçisisiniz. Komandanızın daha hansı üzvləri bizim çempionatda çıxış edə bilər?
- Çox ad çəkə bilərəm, ancaq konkretləşdirmək istəmirəm. Bunlar subyektiv fikirlərdi. Bir komanda uyğun gələ bilər, digəri yox. Bütün bunlar məşqçinin baxışından asılıdır. Azərbaycanlı futbolçuların ustalıq səviyyəsi kifayət qədər yaxşıdır.
- Karyeranıza "Zenit"də başladınız, ardından "Trabzonspor", "Jilina" və "Qarabağ"da davam etdirdiniz. Bu proseslər necə baş verdi?
- "Zenit"də baş məşqçi mənim potensialımı görməmişdi. Ümumiyyətlə, Sankt-Peterburq klubu öz yetirmələrinə az şans verir. Ancaq gələcəkdə ora dönə bilərəm. Həmin vaxt "Trabzonspor"dan cazibədar təklif gəldi, razılaşdım. Ancaq orda da qısa müddət sonra aydın oldu ki, baş məşqçi mənə ehtiyac duymayacaq. "Jilina" təcrübəsi faydalı oldu. Başqa iki variant da var idi, ancaq Slovakiyanı seçdim. Həmin çempionatı avropalı skautlar izləyir. Azərbaycanda isə "Qarabağ"la ölkə çempionu oldum. Ancaq mənim üçün oynamaq titul qazanmaqdan daha vacibdir. Slovakiya və Azərbaycanda qazandığım qızıl medalı Rusiyadakından üstün tuturam.
- "Zenit"də olarkən Rusiyanın U-17 yığması ilə Avropa çempionu, U-19 komandası ilə də ikincisi oldunuz. Niyə Azərbaycan millisini seçdiniz?
- Çətin qərar idi. Bəli, bütün həyatımı Rusiyada keçirmişəm. Ancaq orda qalıcı olacağıma və müntəzəm olaraq beynəlxalq təcrübə qazanacağıma zəmanət yox idi. Mən isə ən nüfuzlu yarışlarda iştirak etmək istəyirdim. Azərbaycan yığmasından da dəvət gəldi, azarkeşlər bunu çox isti qarşıladılar. Bu üzdən hər şeyi müzakirə etdikdən sonra razılaşdım. Bu qərarıma görə peşman deyiləm. Son üç ildə Almaniya, Çexiya, Xorvatiya kimi güclü komandalara qarşı oynamaq imkanım oldu. Mənim istəyim də bu idi.
- Ancaq əvvəlcə bir ölkənin, sonra isə digər ölkənin himnini səsləndirdiniz...
- Uşaq vaxtı özümü rus hesab edirdim və əsas komandada oynayacağıma ümid edirdim. Ancaq indi milli komanda səviyyəsində özümü Azərbaycanla birləşdirmişəm. Bura mənim tarixi vətənimdir, atamın, atalarımın torpağıdır.
- Vətəndaşlığı dəyişdiyiniz üçün sizi Rusiyada qınayan olmadı?
- Xeyr, heç kim bu barədə nəsə deməyib. Sadəcə, məşqçilər qərarı təxirə salmağımı istəyirdilər. Ancaq sonra mövqeyimi öyrəndilər. Hamısı ilə də münasibətim yaxşıdır.
- "Krılya Sovetov"da birgə oynadığınız Aleksandr Səmədov Rusiya yığmasını seçdiyi üçün azərbaycanlı azarkeşlərin tənqidi ilə üzləşmişdi. Onunla bu barədə söhbətiniz olubmu?
- Bəli. Ona qulaq asmaq mənə maraqlı gəldi. Çünki o da mənimlə eyni vəziyyətə düşüb. Saşa bildirdi ki, insan istənilən vəziyyətdə müstəqil qərar verməlidir. Hər kəsin öz yolu var. Azərbaycanlı azarkeşlər onun dünya çempionatındakı uğurlu çıxışına sevindilər.
- "Arsenal"a azarkeşlik etdiyinizi dediniz. Oyununuzu onların üslubuna uyğun bilirsiniz?
- Bəli, onların oyun üslubunu çox bəyənirəm. İlk kompyuterim olanda yalnız "Arsenal"ı seçib oynayırdım (matc.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
-
00:23
U-21 millimizdən 5 qollu məğlubiyyət
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
01.10.2026
30.09.2026
29.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























