31 May 2025, Şənbə
Azərbaycan kubokunda final
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!

Ölkə futbolu

AFFA "Neftçi"ni uşaqlara görə cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar da açıqlanıb:
 
Birinci divizionun 15-ci turunun MOİK - “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur.
 
Birinci divizionun 15-ci turunun “Ağsu” - “Şüvəlan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Oyunun 88-ci dəqiqəsində  “Şüvəlan”ın futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
“Şüvəlan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur.
 
Birinci divizionun 15-ci turunun “Səbail-2” - “Sumqayıt-2” matçında “Səbail-2” klubunun 4, “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
 
“Sumqayıt-2” klubu oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur.
 
Birinci divizionun 15-ci turunun “Zaqatala” – “Sabah-2” matçının 79-cu dəqiqəsində “Sabah-2”  klubunun futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
 
Oyunun 89-cu dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
Birinci divizionun 15-ci turunun “Neftçi-2” – “Kəpəz” matçında “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31