10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Ölkə futbolu

"İsrailliyəm, Azərbaycan yığmasında oynamaqla bağlı qərarı vermək asan olmayacaq"

“Sumqayıt”ın israilli futbolçusu Əmir Ağayev İsrail mətbuatına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
- Yeni ölkə və yeni liqa barədə təəssüratın necədi?
 
- Bu liqada səkkiz komanda var. Digər liqalarda olduğu kimi bu liqada da imkanlı komandalar və zəif komandalar var. “Sumqayıt” yaxşı insanların toplaşdığı yaxşı klubdu. Mənə “Bney Yehuda”nı xatırladır. Şəhər isə Bakıdan uzaqda deyil.
 
- İlk günlər necə keçdi?
 
- Əli Babayev burada olmasaydı mənim üçün daha çətin olardı. Rus dilini bilirəm, burada isə rus və azərbaycanca danışırlar. Əli mənə hər şeydə kömək edir, hər gün bir yerdəyik. Evi də onun evinə yaxın yerdə tutmuşam. Evdə İsrail telekanallarına baxıram, israilli dostlarımla danışıram. Əvvəl biz bir-birimizi tanımırdıq, amma indi yaxşı dost olmuşuq.
 
- Azərbaycan pasportu ilə bağlı hansı yenilik var?
 
- “Sumqayıt” – spesifik komandadı. Səhv etmirəmsə, “Sumqayıt” yeganə komandadı ki, legioner yoxdu heyətində.
 
- Özünüzü Azərbaycan millisinin formasında görürsüz?
 
- “Sumqayıt”ın prezidenti Riad Rafiyev bununla bağlı bəzi şeylər təklif etdi. Görək nə alınacaq. Mən əsl israilliyəm, məndə İsrail qanı ağır, ona görə də bununla bağlı qərar vermək çətin olacaq.
 
- Karyeranızı Azərbaycanda davam etdirmək istəyirsiz?
 
- Yaxşı mövsüm keçirmək üçün yaxşı da şansım var. Klub mənimlə müqavilə imzalayıb. Finans baxımından narahat deyiləm (One nəşri).







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31