2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" Bakıda məşqlərə başladı

“Qəbələ” Topaz Premyer Liqasının XV turunun hazırlıqlarına start verib. 
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra iki günlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. “Sumqayıt”la fevralın 3-də keçiriləcək qarşılaşmanın ilk hazırlığı Bakı Olimpiya Stadionunda gerçəkləşib. Günün ilk yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub.
 
Futbolçular əvvəl fiziki hazırlıq keçiblər. Ardınca meydanda məşq edən oyunçular əsasən toplu çalışmaları yerinə yetiriblər. Komandanın növbəti məşqi sabah paytaxtda keçiriləcək.
 
"Qəbələ” – “Sumqayıt” oyunu fevralın 3-ü saat 14:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda oynanılacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28