Ölkə futbolu
Kamran Ağayev: "Qurban Qurbanovun məndən inciməyə haqqı var"
Millimizin və "Keşlə"nin qapıçısı Kamran Ağayevin müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı necə keçdi?
- Toplanış yaxşı keçdi. Zədələrimiz olmadı. Bir az hava şəraiti bizə imkan vermirdi. Bu da normaldır. Belə problem tək bizdə yox, bütün komandalarda oldu. Amma bu o demək deyil ki, işimizi görə bilmədik. Təbii ki, problemlər hər yerdə olur. Heç kim sığortalı deyil.
- Şəxsi işlərinizə görə son yoxlama oyununda iştirak edə bilmədiyinizə dair açıqlama verildi. İndi hər şey qaydasındadır?
- 4 yoxlama oyunu keçirdik, 3-də meydanda oldum. Birində isə şəxsi məsələlərə görə oynaya bilmədim. Daha dəqiqi, bir sənəd imzalamalı idim. Bu, toplanışdan öncə də bilinirdi və baş məşqçimizin icazəsi də var idi. Hamı bilirdi ki, şəxsi məsələlərə görə belə alındı. Amma indi hər şey yaxşıdır. Komanda ilə birgəyəm, hər şey qaydasındadır. Davam edirik və əhval-ruhiyyəmizi yaxşı saxlamaqdan ötrü qələbələrimizin sayını artırmalıyıq.
- Amma əksəriyyət elə düşündü ki, evlənməyə hazırlaşırsınız...
- Bu, elə bir şeydir ki, barəsində danışmağı xoşlamıram. Evlənməyə dair çox sual verirlər. Hər şey qismətdən asılıdır, məcburən etmək olmaz. Bu da zamanla bilinəcək.
- Qələbələr qazanaraq əhval-ruhiyyəni yaxşılaşdırmaq istədiyinizi vurğuladınız. Son pillələrdə qərarlaşan komanda qələbələri necə sıralaya bilər?
- İdman elə şeydir ki, nəyisə əldə etmək istəyirsənsə, gərək əziyyətini çəkəsən. Ümumiyyətlə, idmanda ad yox, sadəcə əziyyət və iş rol oynayır.
- Artıq sizdə hər hansı zədə problemi yoxdur?
- Zədə ilə bağlı problem yoxdur. Var idi, onun da müalicəsini həkimimizlə birgə etdik, qaydasına qoyduq. Zədəli ola-ola idmanla məşğul olsaydım, əzələm cırılardı. Hematom yığılmışdı, həkimimizin köməyi ilə müalicə etdik. Artıq hər şey qaydasındadır.
- Zədənizi səbəb göstərərək, Kosovoya yollanmadınız. Bəs vacib oyunda komanda ilə birgə ola bilməzdiniz?
- Bu məsələyə toxunmaq istəmirəm. Çünki artıq mənim şəxsi işimdir. Niyə belə oldu deyə açıqlama vermək niyyətində deyiləm. Bunun üstündən çox vaxt keçib. Keçmişdə olanlardan yox, gələcək həyatdan danışmaq istəyirəm. Çünki belə şeyləri çox yaşamışam. Mən danışmaqla kiminsə işi gedəcəksə, mənim özümə ziyan gələcək. Ona görə də danışmasam, daha yaxşı olar. İndiyədək ünsiyyətdə olduğum adam bu gün məni pisləyir. Kimlər üçünsə danışmışamsa və hansı şəxslərin işi gedibsə, həmin adamlar məni pisləyiblər. Yəqin ki, nə demək istədiyimi başa düşürsünüz.
- Niyə telefonla ünsiyyətdən qaçırsınız?
- Jurnalist marağı başqa şeydir, qərəzli yazmaq tam başqa. Mən xoşlamıram ki, kimsə məni telefonla yığsın. Oyundan sonra mənə nə vaxt sual verilibsə, açıqlamanı vermişəm. Şəxsi telefonuma zəng vuran adama cavab vermirəm. Çünki bu telefon mənə aiddir. Mənə zəng edəndə narahat edirlər. Mən də aqressiv danışıram. Aqressiv deməzdim, əslində səmimi danışmıram. Tanımadığım adam kimi cavab verirəm. O da onlara xoş gəlmir və qərəzli yazı yazırlar. Yenə əvvəlki suala toxunaraq deyim ki, Kosovo məsələsində mənə lazım olan baş məşqçi Qurban Qurbanovun və futbol ictimaiyyətinin fikri idi. Məndə zədə olub, ona görə də oynaya bilməmişəm. Gedib-getməməyim isə Qurban müəllimlə mənim aramda olan söhbətdir. Onun məndən inciməyə haqqı da var. Uzun danışmaq istəmirəm.
- Qurban Qurbanova Kosovoya gedə bilməməyinizin səbəbini demişdiniz?
- Bu barədə danışmaq istəmirəm. Əsas baş məşqçinin fikri idi.
- Artıq mövsümün ikinci hissəsi başlayır və qarşıda "Səbail"lə oyun var. Rəqib qış toplanışında ən yaxşı nəticə göstərən komandadır. Oyunlarından 3 qələbə və 1 heç-heçə ilə ayrılıb...
- Bu, elə bir məsələdir ki, "Qarabağ" ömür boyu yoxlama matçlarını uduzub, amma rəsmi oyunlarında nəticə verib. "Neftçi" ötən qış 0:8 hesabı ilə uduzmuşdu, amma çempionatda üçüncü yeri tutdu. Yoxlama oyunları fərqlidir. Belə oyunlara aldanmaq olmaz. Amma əl-qolunu sallayasan ki, mən qələbə qazanacağam, elə bir şey yoxdur.
- Heyətdə müəyyən dəyişikliklər oldu. Bir kapitan kimi fikriniz maraqlıdır: Gələnlər gedənlərin yerini doldura biləcəkmi?
- Bu, bizim işimiz deyil. İşimiz sadəcə, futbol oynamaqdır. Sadəcə, komandaya uyğunlaşmaq lazımdır. Dəyişiklik olanda xeyri də olur, ziyanı da. Qarşıdakı oyunlarda hər şey bəlli olacaq. Qərar baş məşqçinin və rəhbərliyindir.
- Özünüzdə oynamaq üçün nə qədər güc hiss edirsiniz?
- Əsas odur ki, ağrı hiss etmirəm.
- Məsələn, Rəşad Sadıqov 36-37 yaşında da oynayır. Bu, sizin üçün bir göstərici ola bilərmi ki, ən azı onun yaşına qədər meydanda olasınız?
- Futboldan ötrü darıxmasam, elə bu gün karyeramı bitirərəm. Çünki futbolda elə çirkin şeylər görürəm ki, artıq buna dözmək olmur. Elə şeylər olur ki, illərlə qazandığını itirmək istəyirsən. Məcbur eləyirlər ki, itirəsən. Darıxdığıma görə futboldan kənar qala bilmirəm. Həm də hələ nə yaşım var ki?! Cəmi 32 yaşındayam.
- Bəs "Keşlə"də qalmaq necə?
- Bilmək olmaz. Çoxları mənə sual verir ki, niyə "Keşlə"də oynayırsan? Mən, ümumiyyətlə, narazı deyiləm. Hardayamsa, oradan razıyam. Amma heç bir yer əbədi deyil. Buradan gedə də, burada qala da bilərəm. Amma narazı deyiləm.
- Müqaviləniz mövsümün sonuna kimidir?
- Bəli. Lakin yaxın gələcəkdə hər şey bəlli olacaq. Gələcəkdən danışmaq olmur. Müqaviləm mövsümün sonunda başa çatır.
- Yenidən legioner həyatı yaşamaq istərdiniz?
- Hər şey yaxın vaxtlarda bilinər. Zaman göstərəcək.(Report.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























