Ölkə futbolu
"Ümid edirəm ki, “Bakı” yenidən Premyer liqaya qayıdıb sözünü deyəcək"
Xeyli vaxtdı böyük futboldan uzaq düşən millinin sabiq oyunçusu Cəmşid Məhərrəmov hazırda Region Liqasında çıxış edən “Füzuli”nin şərəfini qoruyur.
Futbolxeber.az saytının məlumatına görə, Məhərrəmov bugünlərdə Region Liqasının “feysbuk” səhifəsinin "Sualı sən ver" rubrikasının qonağı olub. Millinin keçmiş müdafiəçisi azarkeşlərin ünvanladığı ən yaxşı 10 sualı cavablayıb.
- Hansı klubu daha çox sevirsiz?
- Karyeram ərzində şərəfini qoruduğum klubların heç biri pis olmayıb. Əsgərlik dönəmində MOİK-də olmuşam, ordan isə “Karvan”a yollanmışam. 2005-in yanvarından 2007-nin mayına kimi Yevlax təmsilçisində çıxış etmişəm və hər şey ürəyimcə olub. Ordan isə “Bakı”ya keçmişəm. Düzdü, “Karvan”da çıxış etdiyim müddətdə də milliyə dəvət almışam. Həmin vaxt Şahin Diniyev yığmanı çalışdırırdı və Ukrayna ilə oyun üçün mənə də dəvət göndərmişdi. Ancaq əsas uğurlarım və qazandığım titullar “Bakı” ilə bağlıdı. Ona görə də ən çox sevdiyim klub kimi “Bakı”nın adını çəkərdim.
- Karyeranız ərzində oynadığınız ən səviyyəli futbolçu kim olub?
- “Karvan”da oynadığım vaxtı komanda yoldaşım kimi çox adlar saya bilərəm. Məsələn, Zaur Ramazanov, Yakuba Bamba, Fərrux İsmayılov, Kənan Kərimovu deyə bilərəm. Ancaq son dövrlərə baxanda - Azərbaycan çempionatının lap qızğın vaxtını nəzərdə tuturam, sona iki-üç tur qalmasına baxmayaraq, kimin çempion olacağı bilinmirdi - “Bakı”da çıxış edən Jabanı və Amiran Mucirini qeyd edərdim.
- Region Liqasında çempionluq yolunda hansı komandaları özünüzə rəqib görürsüz?
- Bildiyimə və eşitdiyimə görə, Region Liqası bu səviyyədə olmayıb. Ötən mövsüm indiki kimi maraqlı keçməyib. Təcrübəli və ya ötən il birinci divizionda top qovan əksər futbolçuların bu il Region Liqasına üz tutması səbəbindən liqaya maraq çox artıb. Komandaların səviyyəsi artıb. Çempionluq yolunda yaxşı transferlər edən “FC Baku”nun, “Şahdağ”ın adını çəkərdim. Qusarda həmişə yaxşı oyunçular olub. Sumqayıt “Uğur”unu da yaddan çıxarmaq olmaz. Adını çəkmədiyim komandalar məndən inciməsin. Oyununu izlədiyim komandaları daha yaxşı tanıdığımdan onların adlarını çəkdim. Elə komandalar da var ki, heyətində yer alan gəncləri tanımıram və onların səviyyəsinə bələd deyiləm. Ona görə də adlarını vurğulamadım. İnşallah, həmin gənclər gələcəkdə daha yaxşı karyera qurarlar. Adlarını qeyd etdiklərimin siyahısına “Ağsu Siti”ni də əlavə edərdim. Onlar da yaxşı komandadı.
- Çıxış etdiyin komandaların hansında geridönüş edibsiz?
- Karyeram ərzində elə bir oyun olmayıb ki, geridönüşü məhz mən edim. Amma elə matçlar olub ki, hesabda geri düşdüyümüz anda mən də qol vurmuşam, bir başqası da fərqlənib və qalib gəlmişik.
- Fernando Torresə qarşı oynamış futbolçusuz. Region Liqasında sizə hansı oyunçu problem yaradıb?
- Təkəbbürlük kimi çıxmasını istəməzdim. Mən yeni komandamda müdafiədə oynamıram ki, hansısa futbolçu təkbətək mübarizədə mənə problem yaratsın. Yarımmüdafiədə yer aldığımdan hələ ki çətin vəziyyətə düşməmişəm. Ancaq ola bilər ki, çox qaçdığım görüşlərdə fiziki cəhətdən çatdırmayım. Bu da əsasən fiziki durumdan irəli gələ bilər. Bunu da təcrübə hesabına “sığortalamaq” mümkündü. Qarşıda hələ çox oyun var, görək necə olur.
- Ən yaxşı qolunuzu hansı komandaya vurmusuz?
- Elə də çox qol vurmamışam. Səhv etmirəmsə, 7 və ya 8 dəfə fərqlənmişəm. Onların arasında Sumqayıt “Gənclərbirliyi”nə vurduğum qol baxımlı alınmışdı.
- Elita klubları və millidə oynamış Cəmşid üçün bu gün Region Liqasında mübarizə aparan komandanın şərəfini qorumaq çətin deyil?
- Səviyyə baxımından fərq var. Bunu etiraf etmək lazımdı. Amma klubun özündən də çox şey asılıdı. “Füzuli”də işə peşəkar səviyyədə yanaşırlar. Mənim çətinliyim o vaxt olardı ki, komandada bütün işlər həvəskar şəkildə idarə olunardı. Məni futbola gətirən bu idman növünə olan sevgi və istək olub. Bu gün də bu sevgiyə görə oynayıram. Premyer-liqada oynayanda yetərincə pul qazanmışam. İndi daha çox istəyə görə meydana çıxıram. Bu gün “Füzuli”də istər işə yanaşma, istərsə də futbolçuya olan münasibət yüksək səviyyədədi. Hamı öz yerini bilir. Düzdü, bəzən meydanda narazılıq olur. Ancaq hər şey elə meydanda da qalır.
- Karyeranız ərzində ən yaddaqalan oyun hansı olub?
- Belə qarşılaşmaların sayı çoxdu. Məsələn, U-21 ilə İngiltərəyə, əsas millinin heyətində isə Finlandiya və Belçikaya qarşı görüşlərimizi qeyd edərdim. Premyer-liqada “Neftçi” və “Xəzər Lənkəran”la bütün qarşılaşmalarımız yaddaqalandı. Əsasən də bu iki klubla kubok matçlarımızı heç vaxt yaddan çıxarmaram.
- “Bakı”nın sizin üçün önəmi nədi?
- Adını qeyd etdiyiniz klubun mənim üçün önəmi çox böyükdü. Rəhbərliyini də xüsusi qeyd edərdim. Bir dəfə ordan keçəndə stadiona baxmaq istədim, əsas və ona yaxın yardımçı meydanın durumu yaxşı idi. Çünki ora həmişə diqqət mərkəzində olub. Ancaq arxa tərəfdəki yardımçı meydanların durumunu görüb çox pis oldum. Çünki “Bakı” belə vəziyyətə düşməyə layiq klub deyildi. İnşallah, ümid edirəm ki, “Bakı” yenidən Premyer liqaya qayıdıb sözünü deyəcək. Eyni sözləri “Xəzər Lənkəran”a da aid edərdim. Bu klublar istər transfer, istərsə də şərait baxımından Azərbaycan çempionatının bəzəyi olublar.
- Horadiz Olimpiya Kompleksinin stadionundan razısız?
- Meydanın durumu nə çox pis, nə də çox yaxşı vəziyyətdədi. Region Liqası üçün bəlkə də normaldı. Əsas odu ki, təbii örtükdü. İki ildi “Füzuli” Region Liqasında çıxış edir. Ancaq ondan da əvvəl stadiona baxılıb, ot örtüyünə diqqət yetirilib. Yəni başdansovdu iş görülməyib. Bu gün də hər oyundan öncə məşqçilər, arenanın əməkdaşları çalışırlar ki, meydanı hazır vəziyyətə gətirsinlər. Narazı deyiləm. Ən əsası isə bölgənin insanlarıdı. Bizi çox xoş qarşılayırlar, qonaqpərvərlik göstərirlər. Fürsətdən istifadə edib hamısına təşəkkür edirəm. Region Liqası iki ildi yaranıb və inanıram ki, uzunömürlü olar, ölkə futboluna faydası dəyər. Arzum budu ki, liqada çıxış edən oyunçular özlərini yaxşı tərəfdən göstərib birinci divizion, premyer-liqa klublarının diqqətini cəlb etsinlər və özlərinə uğurlu karyera qursunlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Elvin Cəfərquliyev: “Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:39
“Turan Tovuz” “Qəbələ”yə qarşı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Hidayət Heydərov mübarizəyə başlayır
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
21.03.2026
20.03.2026
19.03.2026























