11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Milan Obradoviç: "Məqsədimizə çatdığımızı deyə bilərəm"

"Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi. Komanda üzvləri ilə tanış olmağı planlaşdırmışdıq, məqsədimizə çatdığımızı deyə bilərəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak-2” (Moskva) komandası ilə keçirilmiş yoxlama oyunundan sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç bildirib. Federasiyanın saytına açıqlama verən serbiyalı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
 
“Oyuna gəldikdə, həm hücumda, həm də müdafiədə taktiki baxımdan planlaşdırdıqlarımızı yerinə yetirdik. Təbii ki, bu amil məni sevindirdi. Ancaq bundan daha yaxşı oynaya bilərdik. Əlverişsiz hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu. Xüsusilə də birinci hissədə bunu daha çox hiss etdik. Çünki güclü küləyə qarşı da mübarizə apardıq. Uşaqlarda istək böyük idi. Onlar özlərini yaxşı tərəfdən göstərməyə, tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdılar. Fərdi baxımdan səhvlərə yol verdik. İstənilən halda, bu oyun taktiki baxımdan yaxşı sınaq oldu. Düşərgəmizdə zədəli futbolçuların olduğunu da qeyd edim. Qarşıda görüləcək işlərimiz var”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31