13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

Sənan Qurbanov: “Oyundan razı qaldım”

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” - “Meppen” (Almaniya) oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov matç barədə fikirlərini açıqlayıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 39 yaşlı mütəxəssis komandasından razı qaldığını bildirib:

“İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi. Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq. Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər. Oyundan razı qaldım. Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. Üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Onlar da bu şans yarandı. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31