28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Ayxan Abbasov: “Xeyli qol imkanlarımız oldu”

"Oyunun bu günə keçirilməsindən sonra bəlkə üstünlüyümüz oldu ki, futbolçularda yorğunluq bir az azalmışdı. Fərqli 2 hissə oldu. Hər kəsə şans verdik. Ümumən razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalyada Qazaxıstanın "Jetısu" komandası ilə bərabərə qaldıqları yoxlama oyunundan sonra deyib.

Klubun rəsmi saytına açıqlamasında Abbasov komandasından razı qalıb:

"Xeyli qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Səhvlərimiz də var. Çalışacağıq ki, Antalyada maksimum hazır olaq. Rəqibləri də elə seçmişik ki, çempionatın səviyyəsinə uyğundurlar və onlarla qarşılaşmalarda öz səhvlərimizi görə bilək. Bu gün nə tapşırıq qoyulmuşdu, futbolçular ümumən yerinə yetirməyə çalışdılar".

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə növbəti oyununu yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik" komandasına qarşı keçirəcək. "Gənclik şəhəri" təmsilçisi bundan başqa, yanvarın 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30