3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

“Qəbələ”dən 18 cavabsız qol

"Qəbələ" futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.
 
Futbolxeber.az saytının məlumatına görə, Gənclər Liqasında çıxış edən U-19 evdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. U-17 səfərdə “Keşlə”dən güclü olub – 1:0. U-16 İsgəndər Cavadov BFA-nı 8:1 hesabı ilə yenib. “Səbail”lə qarşılaşan U-15 də üç xal qazanıb – 2:1.
 
Paytaxt zonasında çıxış edən “Qəbələ”ninU-14 komandası İsgəndər Cavadov BFA-nın qapısından 18 cavabsız top keçirib. U-13 isə “Neftçi” PFK-ya uduzub – 0:3.
 
Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə təşkil olunan matçlarında “Qəbələ” UGİM-i (Yevlax) 9:0, UGİM “Qəbələ” isə UGIM “Rabitəçi”ni (Yevlax) 3:0 hesabı ilə məğlub edib. U-11 Liqasında “Qəbələ” UGİM-ə (Yevlax) 10:1 hesabı ilə qalib gəlib. U-10 Liqasında isə “Qəbələ” UGİM “Qəbələ”dən güclü olub - 9:1. Qızlardan ibarət komanda isə Yüksək Liqada “Fidan” üzərində qələbə qazanıb – 18:0.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31