16 Oktyabr 2025, Cümə axşamı
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları

Ölkə futbolu

AFFA "Xəzər Lənkəran"ın hücumçusunu 3 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanda çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Neftçi” - AZAL matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunqabağı nəzərdə tutulan iclasda polis və təcili-tibbi yardım briqadaları iştirak etmədiyi üçün meydan sahibi klub 1000 manat cərimə olunub.

03 avqust 2013-cü il, 2013/2014 mövsümündə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” - “Xəzər Lənkəran” matçının 36-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Oyunqabağı nəzərdə tutulan iclasda “Xəzər Lənkəran” klubunun nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.

03 avqust 2013-cü il, 2013/2014 mövsümündə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “İnter” - “Qarabağ” matçının 32-ci dəqiqəsində “İnter” klubunun 32 №-li futbolçusu İlqar Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31