31 May 2025, Şənbə
“Neftçi” 7 futbolçu ilə vidalaşdı
Azərbaycan kubokunda final
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur

Ölkə futbolu

“Zirə” üçün əlamətdar qarşılaşma

Topaz Premyer Liqanın 8-ci turunun “Keşlə” ilə səfər qarşılaşması “Zirə” üçün əlamətdar olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qartallar” Premyer Liqada 100-cü matçını keçirib. Azərbaycan çempionatının yüksək dəstəsində 2015/16 mövsümündə debüt edən komanda indiyədək 100 görüşə çıxıb. İndiyədək 40 qələbə qazanan “Zirə” 29 heç-heçə edib və 31 dəfə uduzub. Rəqib qapılarından 110 top keçirən “Zirə” futbolçuları 98 qol buraxıb.

2015/16 mövsümündə 36, 2016/17 və 2017/18 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınamışdı. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.

100 görüşdən 50-ni evdə keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda top fərqi 43-47-di.

Evdəki 50 oyunda isə 26 qələbəsi olan komanda 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri 51 top buraxıb.

Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31