4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

"Neftçi" - "Qarabağ" oyunu "El-Klassiko"ya görə tez başlayacaq

Topaz Premyer Liqada 9-cu turun oyunlarının vaxtı müəyyənləşib.

Futbolxeber.az saytının "CBC Sport" telekanalının rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, oktyabrın 27-də start götürəcək turun ilk oyununda "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.

Oktyabrın 28-də isə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq.

Turun mərkəzi qarşılaşması hesab edilən "Neftçi" - "Qarabağ" matçı isə saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması "El-Klassiko"nun -  "Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"da canlı yayımlanması ilə bağlıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28