9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Keşlə"- "Qarabağ" və "Zirə" - "Qəbələ" oyunlarının vaxtı dəyişdirildi

Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının VII turu ilə bağlı dəyişiklik edib.
 
Futbolxeber.az saytının məlumatına görə, dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib. 
 
Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.
 
Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib. 
 
Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:
 
* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə keçirilməli olan “Zirə” - “Qəbələ” matçı 5 oktyabr tarixdə keçirilsin.
 
* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə  keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı 31 oktyabr tarixdə keçirilsin.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31