8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"İnanıram ki, “Qarabağ” "Arsenal"la oyunda xal alacaq"

“Qarabağ”ın son günlərdə ard-arda üç oyun oynamasının onlar üçün problem yaradacağına inanmıram”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Qarabağ”ın sabiq forvardı Samir Musayev deyib.

Onun sözlərinə görə “Qarabağ” “Arsenal”la görüşdə istədiyi nəticəni də qazana bilər: “Qarabağ”ın lazımı qədər futbolçusu var. Sadəcə “Zirə” və “Sabah”la oyunların tempi və səviyyəsi “Qarabağ”a mane ola bilər. Çünki “Arsenal” “Qarabağ”la oyuna qədər kimlərlə oynayacaq özünüz baxın. “Qarabağ”ın oynayacağı rəqiblər isə onların səviyyəsində deyil. Yalnız bu mane ola bilər “Qarabağ”a. Məncə, “Qarabağ” “Zirə” və “Sabah”la oyunlardan 100 faizli nəticə ilə ayrılacaq.

Əlbəttə ki, “Arsenal”la oyun da nəzər alınacaq və bunun üçün nə etmək lazım olduğunu Qurban Qurbanov yaxşı bilir. “Qarabağ”ın istəyi, əzmi, 12 oyunçusu “Arsenal”a mane ola bilər. İnanıram ki, “Qarabağ” bu oyunda xal alacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31