9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Zirə"nin "Neftçi" ilə 13-cü dueli

Bu həftə Topaz Premyer Liqasında V turun oyunları keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. 
 
Sentyabrın 22-də keçiriləcək qarşılaşma komandalar arasında ölkə çempionatlarında 13-cü duel olacaq. İndiyədək baş tutan 12 görüşdə “Zirə”nin böyük üstünlüyü var. 8 qələbə qazanan “qartallar” 3 dəfə heç-heçə edib və yalnız 1 matçda uduzub. Texniki nəticənin nəzərə alınmadığı top fərqində də bu üstünlük əksini tapıb – 15:7.
 
Bu matçlarda “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diezdir. Onun hesabında 3 qol var. Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə fərqlənib. “Neftçi”nin qapısına qol vuran digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənibsə, 1 dəfə də rəqib avtoqola üzülüb.
 
“Mavi-qırmızılar” Premyer Liqa çərçivəsində 7-ci dəfə bu rəqibi qonaq edəcək. İndiyədək evdə 6 dəfə meydana çıxan "Zirə" 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qol vurduğu görüşlərdə qonaqlar 3 dəfə fərqlənib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31